Murad Əhmədiyev () — Azərbaycanı təmsil edən yunan-Roma güləşçisi.
1 mart 2026-cı il tarixinə olan məlumata görə, 320 xal göstəricisi ilə Azərbaycan idmançılarının reytinqində altıncı yeri tutur.
Həyatı Murad Əhmədiyev 6 sentyabr 2001-ci ildə Balakən rayonunda anadan olub. 2011-ci ildə güləşlə məşğul olmağa başlayıb. Səməd Çöpsiyevin rəhbərliyi altında məşq edir, Neftçi İdman Klubunda çıxış edir. Azərbaycan İdman Akademiyasında təhsil alıb.
Karyerası Murad Əhmədiyevin beynəlxalq turnirlərdə debütü 2021-ci ilə təsadüf edib. Həmin il o, Dortmund şəhərində (Almaniya) baş tutan gənclər arasında Avropa Çempionatında və Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı və müvafiq olaraq turnirləri 17-ci və 20-ci pillələrdə tamamladı. Həmin il o, Azərbaycan Çempionatını bürünc medalla başa vurdu. 2022-ci ildə isə Əhmədiyev özünü sərbəst güləş növündə sınadı və Azərbaycan Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu..
2023-cü ilin martında Əhmədiyev Rumıniyanın Buxarest şəhərində baş tutan 23 yaşlılar arasında Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il o, həm də Albaniyanın Tirana şəhərində U23 Dünya Çempionatını beşinci pillədə başa vurdu. Əhmədiyev 2023 və 2024-cü illərdə ardıcılı olaraq 2 dəfə Azərbaycan Çempionatlarının qalibi oldu.
Murad Əhmədiyev 2024-cü ildə yunan-rona güləşi üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda o, Xorvatiyada Zagreb Open beynəlxalq turnirini beşinci pillədə tamamladı. Fevralda isə Əhmədiyev Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında debüt etdi və turniri 17-ci pillədə başa vurdu. Həmin ilin aprel və may aylarında müvafiq olaraq Avropa və Dünya Olimpiya Təsnifat Turnirlərində çıxış etsə də, olimpiya lisenziyasına sahib ola bilmədi. Həmin ilin mayında isə Murad Əhmədiyev Azərbaycanda baş tutan 23 yaşlılar arasında Avropa Çempionatında bürünc medalın sahibi oldu.Ганизаде во второй раз стал чемпионом мира, Ахмадиев взял бронзу Noyabrda isə o, Albaniyada U23 Dünya Çempionatını onuncu pillədə tamamladı.
İstinadlar
Xarici keçidlər Murad Əhmədiyev Beynəlxalq Güləş Federasiyasının saytında
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları