Amanda Kerfştedt (; ) — isveçli yazıçı-romançı, dramaturq və tərcüməçi. XIX əsrin sonu və XX əsrin əvvəllərində İsveçdə məşhur olmuşdur. Qadın hüquqları hərəkatında iştirak etmiş, 1888-1891-ci illərdə nəşr olunan feminist jurnalı "Dagny"nin redaktoru olmuşdur.

Bioqrafiyası Amanda Kerfştedt 5 iyun 1835-ci ildə Eskilstuna şəhərində anadan olmuşdur. Onun atası Sven Avqust Hallstryom () Eskilstuna şəhərinin meri vəzifəsində çalışmışdır. Ata altı övladının tərbiyəsində fəal iştirak edirdi. Amanda uşaqlıqdan "nəcib gənclər, qürurlu quldurlar və qaranlıq zindanlar" haqqında kiçik hekayələr yazırdı. Səkkiz yaşında Kerfştedt, təhsil almaq üçün Stokholma göndərilmişdir. 13 yaşında anası ağır xəstələndiyi üçün valideyn evinə qayıtmış və ev təsərrüfatına, kiçik bacılarına baxmaq məsuliyyətini üzərinə götürmüşdür.

1855-ci ildə Kerfştedt qırx yaşlı Benqt Qustav Lindqren (Bengt Gustaf Lindgren) ilə evlənmişdir. Bu nikahdan Elin adlı oğlu dünyaya gəlmiş, sonradan o, ədəbiyyat tənqidçisi kimi tanınmışdır. 1858-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra, 1872-ci ildə Amanda Piter Kerfştedt (Petrus Kerfstedt) ilə ailə qurmuşdur. 1879-cu ildə ailə Stokholma köçmüşdür. Piter Kerfştedt yeni yaradılmış korlar məktəbinin direktoru təyin olunmuşdur. Onun ilk kitabı "Tiggargossen och qvastgubbens dukater" 1865-ci ildə nəşr olunmuş, ardınca "Signhild och hennes vänner" ("Sidhild və onun dostları") adlı kitabı çap edilmişdir. Kerfştedt romanlar, hekayələr, dram əsərləri, uşaq kitabları, qəzet məqalələri, icmallar və başqa yazılar yazmışdır. 1865-1916-cı illər arasında on uşaq kitabı və on böyüklər üçün kitab nəşr etdirmişdir. Yazıçının ən məşhur əsərləri "Kiçik və Böyük" (1882, "Små och stora"), "Tarlalar və çəmənliklər arasında" (1895, "Bland fält och ängar") və "Bränningar" (1899) olmuşdur..

Uşaqlar üçün yazdığı bir çox əsərlər Folkeskolens Barntidning jurnalında çap olunmuşdur. Kerfştedt eyni zamanda ingilis və norveç dillərindən İsveç dilinə bədii ədəbiyyat tərcümələri ilə məşğul olmuş, uşaq kitablarına resenziyalar yazmış və mətbuat üçün məqalələr qələmə almışdır. O, Harriyet Biçer-Stounun məşhur romanı "Tom dayının daxması"nı İsveç dilinə tərcümə etmişdir. XX əsrin əvvəlləri Amanda Kerfştedt və onun ailəsi üçün çətin olmuşdur. 1903-cü ildə həyat yoldaşı Piter Kerfştedt Tomteboda məktəbindəki vəzifəsindən azad edilmiş, 1906-cı ildə isə vəfat etmişdir. Oğlu Elin Lindqren isə 1904-cü ildə vəfat etmişdir. Amanda Kerfştedtin maddi problemləri yaranmışdır. Yazıçının son romanı "Maja" 1916-cı ildə, onun 81 yaşı olanda nəşr olunmuşdur.

Məqalələri

Contains the author's , originally published in Finsk Tidskrift in 1881.

Uşaq ədəbiyyatı

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:İsveç tərcüməçiləri Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:İsveçdə doğulanlar