İko Uays () və ya əsl adı ilə Uays Qorni () — məşhur İndoneziya aktyoru, kaskadyoru, döyüş xoreoqrafı və döyüş sənətçisidir. O, daha çox Merantau (2009), Reyd (2011), Reyd 2 (2014), Reyd: Başındakı güllə (2016), 22 mil (2018), Axırımıza Çatan Gecə (2018), Stuber (2019) və Netflix serialı olan Wu Assassins (2019) filmlərindəki rolları ilə məşhurdur.

İlk zamanları Uays Cakartada Maisyaroh və Mustafa Kamaluddinin oğlu olaraq anadan olmuşdur. Onun babası H.Açmad Bünavar döyüş sənətinin bir növü olan silat ustası olmuş və silat məktəbi təsis etmişdir. Aktyorun adı VII əsrdə yaşamış İslam dininin sufi mistiki olmuş Veysəl Qaraninin şərəfinə adlandırılmışdır.

Şəxsi həyatı 25 iyun 2012-ci ildə Uays Cakartadakı Hotel Gran Mahakamda müğənni Audi İtem ilə ailə həyatı qurmuşdur. Cütlüyün iki qızı var.

İstinadlar

Kateqoriya:1983-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:İndoneziya müsəlmanları