Aqnes Bolduin Brett (d. 25 sentyabr, 1876 – ö. 26 dekabr, 1955) Amerikalı numizmat və arxeoloq idi. 1910–1913-cü illərdə Amerika Numizmatika Cəmiyyətində kurator kimi çalışmış və bu vəzifəyə təyin edilən ilk maaşlı kurator olmuşdur. O, qədim sikkələr, medallar və heykəltəraşlıq sahəsində mühüm tədqiqatlar aparmışdır. Xüsusilə sikkələr üzrə araşdırmaları sonrakı arxeoloqlar tərəfindən istifadə edilmişdir. Brett, həmçinin 1936-cı ildə Kolumbiya Universitetində arxeologiya üzrə qonaq mühazirəçi kimi fəaliyyət göstərmişdir.

Bioqrafiyası Brett Nyuarkda Nyu Cersidə böyüyüb. O, Barnard Kollecində təhsil alıb və 1897-ci ildə bakalavr dərəcəsini, 1900-cü ildə isə Kolumbiya Universitetində magistr dərəcəsini tamamlayıb. 1900-cü ildən etibarən Brett Afina şəhərində yerləşən Amerika Klassik Araşdırmalar Məktəbində iki il tədqiqatçı kimi çalışmışdır. Afinada olduğu müddətdə o, Amerika Klassik Araşdırmalar Məktəbinin Korinf qazıntılarında aşkarlanan sikkələr üzərində işləmiş və bu tapıntıları 1903-cü ildə nəşr etmişdir. 1910-cu ildə Brett Amerika Numizmatika Cəmiyyətində ilk qadın kurator olmuşdur və ömrünün sonuna qədər bu qurumla sıx əlaqədə qalmışdır. O, 1923–1955-ci illərdə Amerika Numizmatika Cəmiyyətində Qədim Sikkələr üzrə Fəxri Kurator, 1923–1946-cı illərdə isə Cəmiyyətin Nəşrlər Komitəsinin sədri olmuşdur. Brettin məktubları və əlyazmaları hazırda Amerika Numizmatika Cəmiyyətinin arxivində saxlanılır.

Təltiflər və Fəxri Adlar

Aqnes Hoppin Memorial Təqaüdü Brett, 1901-ci ildə, Amerika Klassik Araşdırmalar Məktəbində ikinci təqaüd ili ərzində Aqnes Hoppin Memorial Təqaüdü ilə təltif olunmuşdur.

Kral Numizmatika Cəmiyyətinin Medalı 1943-cü ildə Brett, Kral Numizmatika Cəmiyyətinin Medalı ilə təltif edilmişdir. O, mükafatı şəxsən almaqda çətinlik çəkdiyi üçün Con Allan onun adından mükafatı qəbul etmiş və Brettin minnətdarlıq məktubunu oxumuşdur.

Kral Numizmatika Cəmiyyətinin prezidenti Harold Mettinqli, çıxışında Brettin bu medalı alan ikinci amerikalı (Eduard T. Nyueldən sonra) və ikinci qadın (Helen Farquhardan sonra) olduğunu vurğulamışdır. O, çıxışını aşağıdakı sözlərlə tamamlamışdır:"Bu medal, numizmatika tədqiqatlarına göstərilən görkəmli xidmətlərə verilən təqdir nişanıdır – məhz bu və yalnız bu. Xahiş edirəm, bunu qəbul edin. Lakin əminəm ki, sizə bu mükafatın təqdim edilməsi, həm də tarixin bu mühüm dövründə bizim cəmiyyətimizin dost və böyük ölkənizdəki numizmatika cəmiyyətinə bir salamı kimi qəbul ediləcəkdir."

— Harold Mettinqli

Amerika Numizmatika Cəmiyyətinin Hantinqton Medalı Brett, 1919-cu ildə Amerika Numizmatika Cəmiyyətinin Hantinqton Medalı ilə təltif edilən ikinci şəxs olmuşdur.

Kolleksiyalar Brett, Babildən olan silindrik möhürlər toplayırdı və onun kolleksiyası 1936-cı ildə Çikaqo Universitetinin Şərq İnstitutu tərəfindən nəşr olunmuşdur. Brettin 1900–1909-cu illər arasında Bermuda, Yunanıstan, Fransa, İtaliya, Türkiyə və Böyük Britaniyaya etdiyi səyahətlər zamanı çəkdiyi fotoşəkillərdən ibarət kolleksiya Amerika Numizmatika Cəmiyyətində saxlanılır. Bu arxiv 2017-ci ildə rəqəmsallaşdırılmış və onlayn istifadəyə açılmışdır.

Ailəsi Aqnes Boldvin, 1914-cü ildə Corc Monro Brett ilə evlənmiş və onların bir qızı olmuşdur – Barbara Brett Sanders (5 mart 1920 – 11 fevral 2013).

Əsərləri

Kitabları

Five Roman Gold Medallions, or, Multiple Solidi of the Late Empire, The American Numismatic Society: Numismatic Notes and Monographs, no. 6 (New York, 1921) Six Roman Bronze Medallions, The American Numismatic Society: Numismatic Notes and Monographs, no. 17 (New York, 1923) Four medallions from the Arras hoard, The American Numismatic Society: Numismatic Notes and Monographs, no. 28 (New York, 1926) Victory issues of Syracuse after 413 B.C., The American Numismatic Society: Numismatic Notes and Monographs, no. 75 (New York, 1936) Museum of Fine Arts, Boston: Catalogue of Greek coins, (Boston, 1955)

Məqalələri

"A bronze coin of Bithynia: The Lyre, Chelys", in Journal International d'Archeologie Numismatique 4 (1901) 67-76 "The gold coinage of Lampsacus", in Journal International d'Archeologie Numismatique 5 (1902) 5-24 "The cave at Vari. V. coins", in American Journal of Archaeology 7 (1903) 335-337 "Facing heads on ancient Greek coins", in American Journal of Numismatics 43 no. 3 (August, 1909) 113-131 "M. Godefroid Devreese", in American Journal of Numismatics 44, no. 2 (April, 1910) 61-63 "The Virginia half-pennies", in The Numismatist 24, no. 8 (August, 1911) 276 "Les monnaies de bronze dites incertaines du Pont ou du Royaume de Mithridate Eupator", in Revue Numismatique 4th ser., 17 (1913) 285-313 "The electrum and silver coins of Chios, issued during the sixth, fifth, and fourth centuries, B.C.: A chronological study", in American Journal of Numismatics 48 (1914) 1-60 "Symbolism on Greek coins", in American Journal of Numismatics 49 (1915) 89-194 "An unedited gold stater of Lampsakos", in Zeitschrift für Numismatik 32 (1920) 1-14 "The double sestertius of Trajan Decius", in The Numismatist 33, no. 6 (June, 1920) 277-279 "A Roman gold bar from Egypt", in The Numismatist 33, no. 6 (June, 1920) 279-281 "Lampsakos; the gold staters, silver and bronze coinages", in American Journal of Numismatics 53, pt. 3: (1924) 1-77 "Un tresor monetaire decouvert a Cesaree en Cappadoce", in Arethuse 4 (1927) 145-172 "Tetradrachms of Demetrius Poliorcertes", in Bulletin of the Museum of Fine Arts 28, no. 168 (1930) 71-72 "Tetradrachm of Maussolus", in Bulletin of the Museum of Fine Arts 29, no. 171 (1931) 11-13 "The aurei and solidi of the Arras hoard", in The Numismatic Chronicle 5th ser., 13 (1933) 268-348 "The Aphlaston, symbol of naval victory or supremacy on Greek and Roman coins", in Transactions of the International Numismatic Congress (London, June 30-July 3, 1936) Ed. J. Allan, H. Mattingly, and E.S.G. Robinson (London, 1938) 23-32 "A new Cleopatra tetradrachm of Ascalon", in American Journal of Archaeology 34, no. 3 (1937) 452-463 "Philip of Macedon's race horse, winner at the Olympic Games, 356 B.C.", in Numismatic Review 1, no. 1 (June, 1943) 5-6 "Seleucid coins of Ake-Ptolemais in Phoenicia", in ANS Museum Notes 1 (1946) 17-35 "Dated coins of Ptolemy V, 204-180 B.C.", in ANS Museum Notes 2 (1947) 1-11 "Indo-Bactrian coins acquired by the American Numismatic Society in 1947", in ANS Museum Notes 3 (1948) 31-43 "The mint of Ascalon under the Seleucids", in ANS Museum Notes 4 (1950) 43-54 "Athena Alkidemos of Pella", in ANS Museum Notes 4 (1950) 55-72 "The Benha hoard of Ptolemaic gold coins", in ANS Museum Notes 5 (1952) 1-8

İstinadlar Kateqoriya:XX əsr ABŞ qadınları