Cozef Coffr () — Birinci Dünya müharibəsinin əvvəlindən 1916-cı ilin axırına qədər Qərb cəbhəsində Fransa qüvvələrinin baş komandanı vəzifəsində xidmət etmiş fransız hərbçi. O, 1914-cü ilin sentyabr ayında baş vermiş Birinci Marna müharibəsindən sonra geri çəkilən Müttəfiq ordularını yenidən qruplaşdıraraq almanları məğlubiyyətə düçar etməsi ilə tanınır.
Onun siyasi mövqeyi 1915-ci ildəki müvəffəqiyyətsiz hücumlar, 1916-cı ildə Almanların Verdenə hücumu və Somma döyüşündən sonra zəifləmişdir. 1916-cı ilin axırında Fransa marşalı seçilmiş və Üçüncü Fransa Respublikası tarixində bu titulu almış birinci şəxs olmuşdur.
Karyerası
Cozef Coffr 1852-ci il yanvar ayının 12-də anadan olmuşdur. 1870-1871-ci illər arasında baş vermiş Fransa–Prussiya müharibəsində zabit kimi xidmət etmişdir. Sonrakı müstəmləkə dövründə Fransa Qərbi Afrikasında xidmət etmişdir.Doughty 2005, s. 320–21 Fransa ordusunun mühüm hərbi lideri kimi Birinci Dünya müharibəsi zamanı baş komandan vəzifəsində fəaliyyət göstərmişdir.Terraine 1960, s. 54–55 1914-cü ildə almanların Paris istiqamətindəki irəliləyişinin qarşısını kəsən Birinci Marna müharibəsində mühüm qələbə əldə etmişdir. Bu qələbə ona çox böyük bir nüfuz qazandırmış və o, Fransanın milli qəhrəmanı elan edilmişdir.
Coffrın rəhbərlik üslubu əsasən möhkəm və sakit xarakterli kimi təsvir edilmişdir. Fransa ordusu üçün strateji müdafiə planları hazırlamış və bu planlar müharibənin ilkin mərhələlərində düşmənin irəliləyişinin dayandırılmasında mühüm rol oynamışdır. Lakin 1916-cı ildə baş vermiş Somma döyüşü müttəfiqlər üçün müsbət nəticə vermədiyi üçün Coffr işdən çıxarılmışdır.
1916-cı ildə komandirlikdən azad edildikdən sonra Cozef Coffr Fransada müxtəlif diplomatik vəzifələrdə fəaliyyət göstərmişdir. 1916-cı ilin axırlarında marşal rütbəsinə yüksəldilmişdir.First World War – Willmott, H.P., Dorling Kindersley, 2003, s. 52 3 yanvar 1931-ci ildə vəfat etmişdir.
Mükafatları
"Fəxri legion" ordeni Fransa hərbi medalı () 1914-1918-ci illər cəngavəri ordeni () 1870-1871-ci illər Fransa-Prussiya müharibəsi medalı Tonkin kampaniyası medalı Annam əjdahası medalı Müstəmləkə medalı
İstinadlar
Kateqoriya:Fransa marşalları Kateqoriya:Fransa hərbçiləri Kateqoriya:Fransız masonlar Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Fransa memuarçıları Kateqoriya:Birinci Dünya müharibəsində Fransa hərbçiləri