Katarina "Kati" Dobler () — avstriyalı folklorşünas və xalq mədəniyyətinin fəal təbliğatçısı.

Həyatı və təhsili Katarina Dobler 1918-ci il noyabr ayının 9-da anadan olub. O, ibtidai təhsilini Zell an der Pram şəhərindəki məktəbdə almışdır. Daha sonra isə Dobler Qriskirxendə orta məktəbi bitirib ticarət təcrübəsi keçmiş və satıcı kimi işləmişdir. 1941–1945-ci illər arasında Linz şəhərində işçi məktəbində oxuyub və orta təhsilini tamamlayıb. Daha sonra Qrats Universitetində folklorşünaslıq, alman dili və fəlsəfə ixtisasları üzrə təhsil alaraq 1950-ci ildə doktorluq dərəcəsi alıb. O, namizədlik dissertasiyasını Anton Şosserin dialekt poeziyası mövzusunda yazıb.

Fəaliyyəti Katarina Dobler əvvəlcə dövlət idarəsində ofis işçisi kimi çalışmağa başlayıb. Daha sonra mərkəzi kataloq üzərində işləyib. 1956-cı ildə federal xidmətə daxil olub və Yetkin Təhsili üzrə Federal Departamentdə (sonradan Yuxarı Avstriya Yetkin Təhsilinin Təşviqi Agentliyi) işləyib, burada direktor müavini vəzifəsinə yüksəlib. O, bölgəsinin vətənpərvərlik ruhunun, dialektlərinin və abidələrinin qorunması üçün fəal mübarizə aparıb. Dobler "Vətən Qayğısı İşçi Qrupunu" yaradıb və idarə edib, eyni zamanda dövlət assosiasiyalarının yaradılmasına təşəbbüs göstərib.

1969-cu ildə Dobler yaradıcı asudə vaxt fəaliyyətləri üçün təhsil mərkəzləri təsis edib. Onun səyləri nəticəsində Zell an der Pram Qalasının sökülməsi planı ləğv edilib. Zell an der Pram qalası bərpa edilərək 1979-cu ildə Dövlət Təhsil Mərkəzi kimi fəaliyyətə verilmişdir. 1985–1991-ci illərdə Dobler Stelzhamerbund təşkilatının sədri olub.

Mükafatları 1975 – Zell an der Pram bələdiyyəsinin fəxri üzvülüyünə seçilib. 1979 – Avstriya Respublikasına xidmətlərinə görə Qızıl Şərəf medalı ilə təltif edilib. 1980 – Almaniya Federativ Respublikasının Xidmət ordeni ilə təltif edilib. 1984 – Zell an der Pram bələdiyyəsinin fəxri vətəndaşı seçilib. 1985 – "Hofrat" peşə titulu ilə təltif edilib. 1996 – Reyxersberq Avqustinian Kanonlarının fəxri üzvülüyünə seçilib. 1998 – Bavariya-Şvabiya hökumət dairəsinin xidmət medalı ilə təltif edilib.

İstinadlar