Albaniya Superliqası () — Albaniyanın yüksək futbol liqası. Liqa həm də Abissnet Superiore kimi də adlanır. Buna səbəb, internet provayderi olan "Abissnet" şirkətinin liqaya sponsorluq etməsidir.
Tarixi Futbolu Albaniyaya ilk dəfə 1908-ci ildə Şkoderdəki Saverian kollecinə gələn Qut Ruter adlı ingilis-maltalı keşiş gətirib. Albaniyada ilk futbol klubu 1912-ci ildə Palokë Nika tərəfindən Şkoderdə qurulan "İndipendenca" klubu olub.
Yarış 1930-cu ildə Albaniya Futbol Assosiasiyasının yaradılmasından qısa müddət sonra Kral Zoğunun dövründə Albaniya Milli Çempionatı () adıyla təsis edilib. İlk çempionatda altı komanda çıxış edib. Bunlar Skenderbu, Başkimi, Teuta, Elbasani, Vlora və Tirana klubları olub.
2003/2004 mövsümündən Superliqa adlanmağa başlayır.
2021-ci ildə başlayaraq Abissnet Superiore adlanmğa başlayır.
İndiki forması 2023–24 mövsümündən bəri liqada 10 klub mübarizə aparır və onlar bir mövsümdə 4 dəfə olmaqla, toplamda 36 matçda üz-üzə gəlirlər.
Mövsümün sonunda ən aşağı yerləri tutan iki komanda, daha aşağı liqa olan "Kateqoriya e Pare" Liqasına düşür. "Kategoria e Parë" liqasında iki ən yüksək yeri tutan komandası isə onların yüksəlir. Liqada 8-ci yeri tutan komanda, "Kategoria e Pare"də baş tutmuş pley-off oyunlarının qalibi ilə oynayacağı pley-off mərhələsinə vəsiqə qazanır.
Mövsümün sonunda ən yüksək yeri tutan 4 komandanın iştirakı ilə yarımfinal və final oyunundan ibarət turnir keçirilir. Yarımfinalda və 90 dəqiqənin sonunda oyun bərabər olarsa, qalib cədvəldəki adi mövsümün yekununa görə müəyyən edilir.
İndiki iştirakçıları Liqada 2024–25 mövsümü ərzində aşağıdakı komandalar mübarizə aparır.
Bılis Dinamo Siti Eqnatiya Elbasani Laçi Partizani Skenderbu Teuta Vlazniya Tirana
Rekordlar Ən çox çempion olmuş komanda: Tirana (26 çempionluq)
Bir mövsümdə ən çox xal 84 xal: Tirana (2004–05)
Liqa çempionluğu olmadan ən çox toplanan 79 xal. Elbasani (2004–05)
Avropa turnirlərində qrup mərhələsinə vəsiqə qazanan ilk Albaniya komandası. Skenderbu (2017–18) Avropa Liqası
Bütün çempionlar
1930: Tirana 1931: Tirana 1932: Tirana 1933: Skanderbeu 1934: Tirana 1935: Keçirilməyib 1936: Tirana 1937: Tirana 1938–1944: Keçirilməyib 1945: Vlaziya 1946: Vlaziya 1947: Partizani 1948: Partizani 1949: Keçirilməyib 1950: Dinamo (Tirana) 1951: Dinamo (Tirana) 1952: Dinamo (Tirana) 1953: Dinamo (Tirana) 1954: Partizani 1955: Dinamo (Tirana) 1956: Dinamo (Tirana) 1957: Partizani 1958: Partizani 1959: Partizani 1960: Dinamo (Tirana) 1961: Partizani 1962: Keçirilməyib 1963: Partizani 1964: Partizani 1965: 17 Nentori 1966: 17 Nentori 1967: Dinamo (Tirana) 1968: 17 Nentori 1969: Keçirilməyib 1970: 17 Nentori 1971: Partizani 1972: Vlaziya 1973: Dinamo (Tirana) 1974: Vlaziya 1975: Dinamo (Tirana) 1976: Dinamo (Tirana) 1977: Dinamo (Tirana) 1978: Vlaziya 1979: Partizani 1980: Dinamo (Tirana) 1981: Partizani 1982: 17 Nentori 1983: Vlaziya 1984: Elbasani 1985: 17 Nentori 1986: Partizani 1987: Partizani 1988: 17 Nentori 1989: 17 Nentori 1990: Dinamo (Tirana) 1991: Flamurtari 1992: Vlaziya 1993: Partizani 1994: Teuta 1995: Tirana 1996: Tirana 1997: Tirana 1998: Vlaziya 1999: Tirana 2000: Tirana 2001: Vlaziya 2002: Dinamo (Tirana) 2003: Tirana 2004: Tirana 2005: Tirana 2006: Elbasani 2007: Tirana 2008: Dinamo (Tirana) 2009: Tirana 2010: Dinamo (Tirana) 2011: Skanderbeu 2012: Skanderbeu 2013: Skanderbeu 2014: Skanderbeu 2015: Skanderbeu 2016: Skanderbeu 2017: Kukesi 2018: Skanderbeu 2019: Partizani 2020: Tirana 2021: Teuta 2022: Tirana 2023: Partizani 2024: Egnatia 1930-cu ildən bu yana yarış ümumilikdə 9 dəfə keçirilməyib: 1935, 1938–44, 1949, 1962. Bundan başqa, 1968–69 mövsümündə çempion mükafatı verilməyib.
UEFA reytinqi 45 15x15px (46) Malta Premyer Liqası 46 15x15px (47) Erovnuli Liqa 47 15x15px (45) Meistriliiqa 48 15x15px (52) Besta deild karla 49 15x15px (43) Albaniya Superliqası 50 15x15px (50) Uels Premyerası 51 15x15px (51) Cəbəllüttariq Futbol Liqası 52 15x15px (48) Makedoniya Birinci Futbol liqası 53 15x15px (54) Primera Divizion
İstinadlar
Kateqoriya:Albaniya Superliqası Kateqoriya:Albaniyada futbol liqaları Kateqoriya:Avropa ali futbol liqaları