Əbu Ömər Səlim ibn Abdillah ibn Ömər ibn Xəttab əl-Qureyşi əl-Ədəvi əl-Mədəni (; ) — Tabiin nəslinə mənsub mədinəli fəqih. Bəziləri onu mədinəli yeddi fəqihin yeddincisi hesab edirlər. Xəlifə Ömərin nəvəsidir.

Bioqrafiyası Osmanın xilafəti dövründə anadan olmuşdur. Atası Ömərin oğlu Abdullah, anası isə fars əsilzadəsi bir cariyədir. Bəzi mənbələr anasının Yezdəgerdin qızı olduğu demişdir. "Əbu Umeyr", "Əbu Abdullah" və "Əbu Munzir" kimi künyələri vardır.

Mənbələrin bildirdiyinə görə, elmi, saleh əməlləri və zöhdü ilə məşhurlaşmışdır. Atası Abdullah ibn Ömərdən, Aişədən, Əbu Hüreyrədən, Rafi ibn Xədic, Səfinə, Səid ibn əl-Müseyyib kimi alimlərdən dərs almışdır.

Amr ibn Dinar, İbn Şihab əz-Zöhri, Musa ibn Uqbə, Hənzələ ibn Əbu Süfyan və başqalarının müəllimidir.

Əhməd ibn Hənbəl və İshaq ibn Rahəveyh onun və atası Abdullah ibn Ömərin iştirak etdiyi isnadı ən səhih sənəd kimi qəbul etmişlər.

Onun vəfatı haqqında fikirlər müxtəlif olsa da Hişam ibn Əbdülməlikin dövründə vəfat etdiyi dəqiqdir.

İstinadlar

Həmçinin bax

Mədinəli yeddi fəqih

Kateqoriya:Tabiinlər Kateqoriya:VIII əsr ərəbləri