Tanrının şəhəri () — Fernando Meyrelliş və Katya Lundun quruluş verdiyi 2002-ci ildə çəkilmiş Braziliya epik cinayət filmi. Braulio Mantovaninin ssenari müəllifi olduğu ekran əsəri Paulo Linsin 1997-ci ildə qələmə aldığı eyniadlı romanın motivləri əsasında işlənib, süjet xətti bir qədər real hadisələrə söykənir. Kinolentdə Rio de Janeyronun "Cidade de Deus" səmtində 1960-cı illərin sonundan 1980-ci illərin əvvəllərinədək mütəşəkkil cinayətkarlığın yüksəlişi, narkotik alverçisi Balaca Ze ilə qisasçıdan quldura çevrilən Nakaut Nedin arasındakı amansız qarşıdurma təsvir olunur. Filmin epiqrafı belədir: "Qaçsan, canavar səni haqlayacaq, qalsan, səni parçalayacaq".

"Tanrının şəhəri" filmində Aleşandru Rodriqes, Leandro Firmino, Conatan və Fellipe Hoqensen, Duqlas Silva, Daniel Zettel, Seu Jorji kimi aktyorlar çəkilib, həmçinin Alise Braqa bu filmlə böyük ekranlarda debüt edib. Maraqlısı budur ki, filmdə rol alan aktyorların əksəriyyəti Vidiqal və Dade de Deus kimi favelalların sakinləridir.

Film dünya miqyasında böyük rəğbətlə qarşılanıb, 76-cı "Oskar" mükafatı mərasimində dörd nominasiyada - "Ən yaxşı operator işi" (Sesar Çarlone), "Ən yaxşı rejissor" (Meyrelliş), "Ən yaxşı montaj" (Daniel Rezende) və "Ən yaxşı ssenari adaptasiyası" (Mantovani) namizəd göstərilib. Bir il öncə, 75-ci "Oskar" mükafatı mərasimində Braziliyanı "Ən yaxşı xarici film" nominasiyasında təmsil edən film finala yüksələ bilməyib. Braziliya Film Tənqidçiləri Assosiasiyası (Abraccine) 2015-ci ildə bu filmi ölkənin yüz ən yaxşı filmi siyahısında səkkizinci yerə layiq görüb.

Təsvir Rio de Janeyronun yoxsul məhəllələrində böyüyən iki yeniyetmənin həyat yolları 1960-cı illərdə tamamilə fərqli istiqamətlərə ayrılır. Balıqçı ailəsindən olan, fotoqraf olmağı arzulayan kasıb Buskapenin gözü ilə cərəyan edən hadisələr şəhəri bürüyən zorakılıq və korrupsiyanı, eləcə də məhəllənin ən qorxunc quldurbaşılarından biri – Balaca Zenin yüksəlişini və süqutunu əks etdirir. Küçələrdə amansız döyüşlərin getdiyi bir zamanda Buskape bu qəddar mühitdən xilas olmağın yeganə yolunu çəkdiyi şəkillərlə dünyanı baş verənlərdən xəbərdar etməkdə görür.

Rollarda

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qardaşlar haqqında filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:Qanunsuz narkotik ticarəti haqqında filmlər Kateqoriya:Portuqalca filmlər Kateqoriya:2002-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:Miramax filmləri Kateqoriya:1960-cı illər haqqında filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:2002-ci ilin dram filmləri Kateqoriya:Qanqster filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Buena Vista International filmləri Kateqoriya:StudioCanal filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:Braziliyanın dram filmləri