Ostqot krallığı rəsmi olaraq İtaliya krallığı (, ) — Qərbi Roma imperiyasının süqutundan sonra İtaliya ərazisində (493–553-cü illər) qurulmuş german mənşəli dövlət.Chris Wickham, The Inheritance of Rome, 98 Ostqotlar qotların şərq qolunu təşkil edən bir tayfa birliyi olmuşdur və onların dövləti həm Roma irsinin qorunması, həm də german mədəniyyətinin yayılması baxımından böyük rol oynamışdır.
Tarixi
Ostqotların mənşəyi və köçləri Ostqotlar, qot tayfalarının şərq qolu kimi, ilkin olaraq Skandinaviya mənşəli olmuşdur, e.ə. 1-ci minillikdə Baltikyanı regiondan köçərək Qara dəniz sahillərinə və Ukrayna düzənliklərinə yerləşmişlər. Burada onlar Roma imperiyası ilə sıx təmasda olmuş və həm müttəfiq, həm də düşmən kimi çıxış etmişlər. IV əsrin sonunda hunların Avropaya yürüşü zamanı Ostqotlar hunlara tabe oldular və uzun müddət Atilla imperiyasının tərkibində yaşadılar. Atillanın ölümündən sonra (453) Ostqotlar öz müstəqilliklərini bərpa etdilər.
Krallığın qurulması (493) V əsrin sonunda Böyük Teodorix Ostqotların lideri olmuşdur. O, Bizans imperatoru I Zeno ilə razılaşaraq İtaliyaya yürüş etmişdir. O zaman İtaliyada Odoakr adlı german sərkərdəsinin rəhbərliyi altında zəif bir rejim hökm sürürdü. Teodorix 493-cü ildə Odoakrı məğlub edib öldürərək Ostqot krallığını qurmuş və Ravenna şəhərini paytaxt etmişdir. Teodorix dövründə krallıq həm daxildə sabitlik, həm də çiçəklənmə dövrü yaşamışdır. Romalı əhali ilə german ostqotlar arasında qarşılıqlı hörmət və əməkdaşlıq təmin edildi. Roma qanunları, idarə sistemi və mədəniyyəti saxlanıldı, yalnız hərbi və siyasi hakimiyyət ostqotlarda idi. Teodorix bizansla, franklarla və visiqotlarla diplomatik əlaqələr qurmuşdur. Kilsə və dövlət arasında tarazlıq saxlanılmağa çalışıldı, baxmayaraq ki, ostqotlar ariçilik (xristianlığın bir təriqi) inancına sahib idilər, Roma əhalisi isə katolik idi.
Süqutu və Bizans işğalı (526–553) Teodorixin ölümündən sonra Onun varisləri arasında daxili çəkişmələr başlamışdır. Roma katolik kilsəsi və yerli aristokratiya ostqotlara qarşı çıxdı. Bu fürsətdən istifadə edən Bizans imperatoru I Yustinian, Belisarius və daha sonra Narses adlı sərkərdələri İtaliyaya göndərmişdir. 535–553-cü illərdəki qot müharibələri nəticəsində Ostqot Krallığı süqut etmişdir. Ravenna şəhəri feth edilmişdir. Ostqotlar isə ya məhv edilmiş, ya da assimilasiya olmuşdur.
İstinadlar
Mənbə Procopius, De Bello Gothico, Volumes I–IV Jordanes, De origine actibusque Getarum ("The Origin and Deeds of the Goths"), translated by Charles C. Mierow. Cassiodorus, Chronica Cassiodorus, Varia epistolae ("Letters"), at the Project Gutenberg Anonymus Valesianus, Excerpta, Pars II
Ədəbiyyat
. Chapters 41 & 43
Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:490-cı illərdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Balkan yarımadasının tarixi dövlətləri Kateqoriya:İtaliya tarixindəki dövlətlər Kateqoriya:Ostqotlar Kateqoriya:Xorvatiya orta əsrlərdə Kateqoriya:550-ci illərdə ləğv olunanlar Kateqoriya:Almaniya orta əsrlərdə Kateqoriya:Avstriya orta əsrlərdə Kateqoriya:Fransa orta əsrlərdə Kateqoriya:İtaliya orta əsrlərdə Kateqoriya:Macarıstan orta əsrlərdə Kateqoriya:Serbiya orta əsrlərdə Kateqoriya:Tarixi krallıqlar