Xurs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.

Eyniadlı bələdiyyənin mərkəzidir. Tərkibində aşağı Xurs və yuxarı Xurs kəndləri var. Rayonun mərkəzindən şimal-şərqdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarındadır .

Tarixi Xurs Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Gilan çayı sahilindədir. Tədqiqatçılar bu oykonimi Gorus etnoniminin variantı hesab edirlər. Dərədə yerləşdiyi üçün dərə Xurs kimi də tanınır . Toponimiyada Xırs- Ayı yəni (ayı basan dərə ) mənasını verir ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007..

Əhalisi Əhalisi 167 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhalisi maldarlıq, bağçılıq və arıçılıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var.

Həmçinin bax Ordubad rayonu

İstinadlar

Kateqoriya:Ordubad rayonunun kəndləri