Sevinc dolu () — Mayk Linin rejissorluğu və ssenarisi ilə 2008-ci ildə ekranlara çıxan Böyük Britaniya komediya-dram filmi.
Təsvir Londonun ibtidai məktəblərindən birində müəllimlik edən otuz yaşlı Poppi Kross, elə bil doğulandan şən yaranıb - ətrafındakıları özünə məftun etməyin ustasıdır. İnsanlar onun yanında özlərini elə rahat hiss edirlər ki, sanki illərin tanışıdırlar. Qızın üzündən təbəssüm əskik olmur, hər kəslə dil tapır, adamın könlünü açır.
Otaq yoldaşı və həmkarı Zoi başda olmaqla bir çoxları onun bu cür təbiətinə heyran qalır, əvvəlcə soyuq yanaşanlar belə sonradan onun sehrinə düşür. Amma elələri də var ki, bu qızın daimi şənliyindən baş götürüb qaçır, deyirlər bəsdir də, bir az ciddi ol.
Sürücülük müəllimi Skott da belələrindəndir. Yazıq kişi ömrü boyu özünə qapanıb yaşayıb, indi də bu qızın zarafatlarından başı çatlayır. Maşın sürmək zarafat deyil axı, amma Poppi elə bil diskodan gəlib - gülür, danışır, oxuyur. Qız hələ bilmir ki, bu şən-şux xasiyyəti onu hara aparıb çıxaracaq, xüsusən də bu qaşqabaqlı Skottla münasibətlərində nələr yaşanacaq.
Rollarda
İstinadlar
Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:Müəllimlər haqqında filmlər Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:London haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Birləşmiş Krallığın komediya filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Film4 Productions filmləri