Anomochilidae (Anomoxilidae) — İlanlar fəsiləsidir və tək bir cins olan "Anomochilus" cinsinə daxil olan üç ilan növünü əhatə edir.

Taksonomiya və sistematika

"Anomochilus" cinsi 1890-cı ildə holland herpetoloqu Teodor Villem van Lidt de Jud tərəfindən Sumatradan olan dişi nümunə əsasında təsvir etdiyi "Anomalochilus weberi" növü üçün "Anomalochilus" kimi yaradılmışdır. 1901-ci ildə naturalist Karlos Berq, "Anomalochilus" adının artıq böcəklər cinsinə aid olduğu üçün cinsi "Anomochilus" olaraq dəyişdirdi. Cinsin ikinci növü olan A. leonardi, 1940-cı ildə Britaniyalı herpetoloq Malkolm Artur Smit tərəfindən Malayziyanın Pahanq şəhərində toplanmış iki nümunədən təsvir edilmişdir. Cinsin üçüncü növü olan A. monticola, 2008-ci ildə Hindistanlı herpetoloq İndraneil Das və həmkarları tərəfindən Kalimantandakı Kinabalu dağından toplanmış nümunələr əsasında təsvir edilmişdir.

İstinadlar

Xarici keçidlər