Qrikolar (), həmçinin qrekaniklərF. Violi, Lessico Grecanico-Italiano-Grecanico, Apodiafàzzi, Reggio Calabria, 1997.Paolo Martino, L'isola grecanica dell'Aspromonte. Filippo Violi, Storia degli studi e della letteratura popolare grecanica, C. S. E. Bova (RC), 1992Filippo Condemi, Grammatica Grecanica, Coop. — cənubi İtaliyada yaşayan etnik yunan icması. Onlara əsasən Kalabriya və Apuliya (Salento yarımadası) bölgələrində rast gəlinir. Qrikoların cənubi İtaliyanın bir vaxtlar böyük qədim və orta əsr yunan icmalarının qalıqları olduğuna inanılır (qədim Maqna-Qrekiya vilayəti). Buna baxmayaraq, qriko icmasının birbaşa qədim Yunanlardan, yaxud Bizans dövründə daha yeni orta əsr miqrasiyalarından, yoxsa hər ikisinin birləşməsindən törəməsi ilə bağlı alimlər arasında bəzi mübahisələr var.

Qriko dilinin mənşəyi ilə bağlı uzun müddət davam edən mübahisə onun mənşəyi haqqında iki əsas nəzəriyyə ilə xarakterizə olunur. 1870-ci ildə Cüzeppe Morozi tərəfindən hazırlanmış ilk nəzəriyyəyə görə, qriko Yunanıstandan Salentoya Bizans dövründə immiqrant dalğaları gəldiyi zaman elinist koyn dilindən yaranmışdır. Morozidən bir neçə onillik sonra Gerhard Rohlfz Manks Hatsidakisin nəzəriyyələri əsasında iddia etmişdir ki, qriko dili qədim yunan dilindən birbaşa təkamülə uğramış lokal variasiyadır.

Yunan xalqı minilliklər boyu cənubi İtaliyada yaşayır. Onlar əvvəlcə Cənubi İtaliyaya çoxsaylı miqrasiya dalğaları ilə gəlmişdir. Bunlar e.ə. VIII əsrdə cənubi İtaliya və Siciliyanın qədim yunanlar tərəfindən kolonizasiya edilməsi ilə başlamış, XV əsrdə Osmanlı tərəfindən fəth edilmənin yaratdığı Bizans yunan köçlərinə qədər davam etmişdir. Orta əsrlərdə yunan regional icmaları təcrid olunmuş anklavlara çevrilmişdir. Cənubi İtaliyanın yunan sakinlərinin əksəriyyəti italyanlaşmış və əsrlər boyu yerli romandilli əhali tərəfindən mənimsənilmişdi, lakin qriko icması öz orijinal yunan kimliyini, irsini, dilini və fərqli mədəniyyətini qoruyub saxlaya bilmişdir. Buna baxmayaraq, kütləvi informasiya vasitələrinə məruz qalma onların mədəniyyətini və dilini tədricən aşındırmışdır. Aspromontedən olan Kalabriya yunanlarının genetikası ilə bağlı aparılan bir araşdırmada onların İtaliyanın cənubundakı digər populyasiyalarından təcrid olunmuş və fərqli olduqları aşkar edilmişdir. Bundan əlavə, həm qrikoların, həm də digər cənub İtaliya əhalisinin əcdadları qədim Yunanıstanın Maqna-Qrekiya yaşayış məntəqəsindən olduğu aşkar edilmişdir.Genetic history of Calabrian Greeks reveals ancient events and long term isolation in the Aspromonte area of Southern Italy "Comparisons with modern and ancient populations highlighted ancient, long-lasting genetic links with Eastern Mediterranean and Caucasian/Near-Eastern groups as ancestral sources of Southern Italians. Our results suggest that the Aspromonte communities might be interpreted as genetically drifted remnants that departed from such ancient genetic background as a consequence of long-term isolation. Specific patterns of population structuring and higher levels of genetic drift were indeed observed in these populations, reflecting geographic isolation amplified by cultural differences in the groups that still conserve the Greco language."

Qrikolar ənənəvi olaraq yunan dilinin bir forması olan taliya yunancasınaa dnışır. Son illərdə qriko dilində danışan qrikoların sayı xeyli azalmışdır. Gənc qrikoların çoxu italyan dilinə keçmişdir İndiki dövrdə qrikoların çoxu

Etnonim Qriko adı İtaliya yarımadasındakı yunanların ənənəvi adından götürülmüşdür. Əfsanəyə görə, bu adın mənşəyi Qrekdən adını almış qədim yunan tayfası olan qreklərdən əsaslanır. Onlar İtaliyanı müstəmləkə edən ilk yunan tayfalarından biri idilər. Maqna-Qresiya kimi tanınmağa başlayan ərazi öz adını onlardan almışdır. Latınlar bu termini bütün ellin xalqlarına münasibətdə istifadə edirdilər, çünki ilk təmasda olduqları yunanlar qreklər idi. Başqa bir fikir ondan ibarətdir ki, Γρῆκος/-α etnonimi linqvistik baxımdan nə latın dilindəki "Graecus", nə də yunan dilindəki "Graikos" sözündən əmələ gəlmir. İddiaya görə, bu, qədim italyan qonşularının Romadan əvvəlki dövrlərdə yerli yunan danışanları üçün istifadə etdiyi termin ola bilər. Buna baxmayaraq, sözügedən fərziyyə qəbul edilmir.Safran, L. The Medieval Salento: Art and Identity in Southern Italy, p. 215.

Yayılma right|thumb|204x204px| Salento və Kalabriyadakı qrikodilli bölgələr. Boveziyada yunandilli ərazi çox dağlıq sahədə yerləşir və orada asanlıqla hərəkət etmək olmur. Son zamanlar bu ərazinin ilk sakinlərinin bir çox nəsli dağları tərk edərək sahil kənarında məskunlaşmışdır. Kalabriyada yaşayan qrikodillilər Bova-Superiore, Bova-Marina, Rokkaforte-del-Qreko, Kondofuri, Palitsi, Qallisiyano və Melito-di-Porto-Salvo kəndlərində yaşayırlar. 1999-cu ildə İtaliya Parlamenti 482 saylı Qanunla tarixi qriko ərazilərini Palitsi, San-Lorenso, Staiti, Samo, Montebello-Yoniko, Bakaladi, Motta-San-Covanni, Brankaleone və Reccio şəhərlərini əhatə edəcək şəkildə genişləndirmişdir. Apuliyanın Qrekiya-Salentina bölgəsində yaşayan qrikodilli əhaliyə Kalimera, Martinyano, Martano, Sternatiya, Tsollino, Korilnyiano-d'Otranto, Soleto, Melpinyano və Kastrinyano-dei-Qreki kəndlərində rast gəlinir. Buna baxmayaraq, bəzi ərazilərdə qrikodilli əhali yoxa çıxır. Bu iki bölgədən kənarda qriko xalqının məskunlaşdığı şəhərlərdə qriko dili bilikləri, demək olar ki, tamamilə itmişdir. Bu, əsasən XIX–XX vermişdi. Qriko dilinin biliyini itirmiş bəzi şəhərlərə Kalabriyada yerləşən Kardeto, Montebello, San-Pantaleone və Santa-Katerina şəhərləri daxildir. XIX əsrin əvvəllərində Qrekiya-Salentina bölgəsinin bugünkü doqquz yunandilli şəhəri " Decatría Choría" (τα Δεκατρία Χωρία) theraen şəhərlərinin bir hissəsini təşkil edirdi. Bunlar yunan dilini və adət-ənənələrini qoruyub saxlayan Terra d'Otranto şəhərləri idi. Daha uzaq bir dövrdə yunan dilində Galatina, Galatone, Gallipoli və Apuliyanın bir çox digər yerlərində danışılırdı . Bundanabaşqa, labriyadakı Catanzaro və Kosenzada geniş yayılmış yunan əhalisi də dabu nili dışırdı .

Rəsmi status right|thumb| Calimera, Puglia'da Qriko ləhcəsində daxil olun 1999-cu il tarixli 482 saylı qanunla İtaliya parlamentində eccio-Kalabriyako icmalarıda yaşayan q yunan etnik dil azlığı kimi tanıdı. Bu qanun İtaliyadaalban, katalan, german, yunan, sloven və xorvat əhalisinin və fransız, provans, friul, ladin, oksitan və sardin dillərində danışanların dilini və mədəniyyətini qoruduğunu bildirmişdir.Law no. 482 of 1999 : "La Repubblica tutela la lingua e la cultura delle popolazioni albanesi, catalane, germaniche, greche, slovene e croate e di quelle parlanti il francese, il franco-provenzale, il friulano, il ladino, l'occitano e il sardo."

Messina Osmanlı imperiyasının genişlənməsindən qaçarkən 1533–1534-cü illər arasında Peloponnesdən gəlmiş kiçik bir yunandilli azlığa ev sahibliyi üdir. Onlar 2012-ci ildə rəsmi şəkildə tanınmışdılar.

Dini Şərq və Qərb kilsələrinin ayrılmasından əvvəl qrikolar Bizans ayininə sadiq qalan katolik idilər. Papa VII İohann və Antipapa İoann XVI kimi cənubi İtaliyanın bəzi yunanları kilsədə güc mövqelərinə yüksələ bilmişdilər. XI əsrdə normanlar İtaliyanın cənubunu ələ keçirmiş və tezliklə Bizansın sonuncu forpostu Bari onlar tərəfindən işğal edilmişdir. Onlar latınlaşdırma prosesinə başlamışdılarş Yunan ruhaniləri nəticədə kütləvi mərasimlər üçün latın dilini qəbul etməli olmuşdular. Buna baxmayaraq, yunanların Latın ayininə müqaviməti Kalabriyada uzanmışdıt. 1093–1096-cı ilə qədər Kozentsa və Bisinyano kimi yerlərdə latın prelatları yaradılmanışdır. 1093-cü ildə norman kralı I Rocer Rossanoda yaşayan yunan əhalisi üzərində Latın arxiyepiskopu təyin etməyə cəhd göstərmiş, lakin bu, tamamilə uğursuz olmuşdur. Bunun əvəzində, Bizans ayininin bərpası lehinə üsyan baş vermişdir. Krotone, Bova və Gerakedə ruhanilər latın yepiskoplarının tabeliyində olsalar da, yunan liturgiyasından istifadə etməyə davam etmişdilər. Normanların xalqın latınlaşmasına daha az gərgin münasibət bəslədiyi Salentoda qriko xalqı yunan dilində danışmağa və Bizans ayinini qeyd etməyə davam edirdi. Həm Kalabriya, həm də Salentodakı bəzi qrikolar XIII–XIV əsrlərə qədər Bizans ayininin tərəfdarları olaraq qalmışdılar. İndiki dövrdə qrikolar Latın ayininə riayət edən katoliklərdir.

Mətbəx Salento və Kalabriyanın ənənəvi mətbəxi qriko mədəniyyətindən çox təsirlənmişdir. Qrikolar ənənəvi olaraq dənli bitkilər, tərəvəzlər, zeytun və paxlalılar istehsalçılarıdır. Yerli qriko mətbəxi regional İtaliya əhalisinin mətbəxindən çox da fərqlənmir, lakin onlar arasında lokal fərqlər mövcuddur. Onların arasında bir çox tipik qriko yeməkləri hələ də istifadə olunur.

İstinadlar

Əlavə ədəbiyyat Stavroula Pipyrou. The Grecanici of Southern Italy: Governance, Violence, and Minority Politics. Philadelphia: University of Pennsylvania Press, 2016. ISBN978-0-8122-4830-2.

Xarici keçidlər Enosi Griko, Coordination of Grecìa Salentina Associations Mi mu cuddise pedimmo ("Don't reproach me, my son"), a song in the Griko language performed by a local Franco st'Anguria, Lo "Schiacúddhi" Two plays performed in the local Greek dialect of Choriána (Corigliano d'Otranto) Andra mou paei a famous Griko song by Franco Corliano about immigration, with modern Greek translation, performed by Encardia. The full title of the song is "O Klama jineka u emigrantu", ("Lament of the emigrant's wife") but, commonly, the title is shortened to "Klama" and it's widely known as "Andramu pai" ("My husband goes away") Paleariza 2009 Bova Grico di Calabria

Videolar Documentary on the Griko community of Salento (in Greek and Italian): Kalos Irtate Sti Grecia Salentina — Part 1, Part 2, Part 3, Part 4 Documentary on the Griko Community of Calabria (Subtitles in Greek and Italian. 60mns): Viaggio nella Calabria Greca — Part 1, Part 2, Part 3, Part 4, Part 5, Part 6, Part 7, Part 8 Kateqoriya:İtaliyada yaşayan etnik qruplar