Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov () — Azərbaycan hərbçisi, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi (1993–2021), general-polkovnik (2005).
Həyatı Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var.
Təhsili 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qızıl medalla bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib;
Fəaliyyəti 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 28 yanvar 2021-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Tənqidlər, etirazlar və vəzifədən kənarlaşdırılması ilə bağlı deyilənlər Rusdilli olması və Azərbaycan dilində zəif danışması səbəbindən tənqid atəşinə tutulub. Bəzi mənbələrdə qeyd edilib ki, onun iş masasında duran bütün sənədlər əvvəl rus dilinə tərcümə olunur. 2020-ci ilin yayında, geniş vüsət alan "şaqul düşməsələr" dalğasında onu xəyanətdə ittiham edənlər oldu. Sanki o, qərəzli şəkildə "Türkiyə Silahlı Qüvvələrinin" Azərbaycanda artmış təsirindən narahat idi.
14–15 iyul 2020-ci il nümayişlərində general Polad Həşimovun ölümündən sonra küçəyə çıxan etirazçılar "Sadıqov, istefa ver" şüarları səsləndirərək hakimiyyətə qarşı reaksiya göstərdilər. O, 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Sadıqov səhər tezdən itkin düşdü, onu ev dustağı kimi görənlər olsa da rəsmi təsdiq özünü tapmadı. 28 yanvar 2021-ci ildə müdafiə nazirliyi onun hərbi xidmətdə olmadığını, adının rəsmi saytlardan götürüldüyünü bəyan etdi. Onun itkin düşməsi və rəsmi izahatın olmaması səbəbindən vəziyyət hələ də qaranlıq olaraq qalır.
Tərtər işi üzrə aparılan ictimai müzakirələrdə və bəzi istintaq materiallarına istinad edən mənbələrdə o dövrdə Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovun adı əməliyyatların idarə olunması kontekstində hallanır.
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 04.04.1995 "Vətən uğrunda" medalı — 24.06.2003 III dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21.06.2007 "Hərbi xidmətlərə görə" medalı — 26.06.2009 "Azərbaycan Bayrağı" ordeni — 19.04.2016 I dərəcəli "Rəşadət" ordeni — 25.06.2018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı — 27.05.2019
İstinadlar
Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Dağıstan əsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Kateqoriya:Tərtər işi