Eryx johnii — Yatağanlar fəsiləsinin "Erycinae" yarımfəsiləsinə aid, zəhərsiz ilan növü.
Təsvir
Böyükləri nadir hallarda 61 sm uzunluğunda olur (quyruq daxil olmaqla), amma bəzən 91 sm-ə çata bilər. Başı yastı formada, burnu dar, gözləri kiçikdir. Bədəni silindrik formadadır və kiçik, parıldayan bel pulcuqları ilə örtülüdür. Quyruğu küt və yuvarlaqdır, bədənindən seçilmir, kəsilmiş görünür. Rəngi qırmızı-qəhvəyi ilə solğun sarı-ağ rənglər arasında dəyişir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1801-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Pakistan sürünənləri