Ombrofobiya (yunanca ombros – "yağış"ὄμβρος, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus və phobos – "qorxu"φόβος , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus) — Yağışa və ya yağışla bağlı hadisələrə qarşı həddindən artıq və məntiqsiz qorxu hissi ilə xarakterizə olunan spesifik fobiya.
Səbəblər - Travmatik təcrübələr: Uşaq yaşlarında yaşanmış güclü yağış, fırtına və ya daşqın kimi təbii fəlakətlər insanın psixikasında iz buraxa bilər.
- Valideynlərin və ya ətraf mühitin təsiri: Əgər uşaqlıqda valideynlər və ya yaxınlar yağışa qarşı həddindən artıq ehtiyatlı və qorxaq yanaşıblarsa, bu qorxu insana ötürülə bilər.
- İqlim və coğrafi şərait: Güclü yağışların, daşqınların və tufanların sıx müşahidə olunduğu yerlərdə yaşayan insanlarda bu fobiya daha çox inkişaf edə bilər.
Simptomlar Psixoloji simptomlar: Həddindən artıq narahatlıq və panika,yağış yağacağını düşünərək qorxu hissi,evdən çıxmaq istəməmək,təhlükəsiz yer axtarmaq istəyi və yuxusuzluq və pis yuxular bunlardan biridir. Fiziki simptomlar: Ürək döyüntüsünün sürətlənməsi,təngnəfəslik,tərləmə və üşütmə hissi,əl və ayaqlarda titrəmə, başgicəllənməsi və ürəkbulanma kimi hallar baş verə bilər. İstinadlar
Xarici keçidlər