Karpat Ukraynası () — 1939-cu ildə Çexoslovakiyanın süqutundan sonra qısa müddət mövcud olmuş, Ukrayna yönümlü müstəqil dövlət qurumu.Karpat Ukraynası Subkarpat Rusiyasının (müasir Zakarpatiya vilayətinin) ərazisində qurulmuş və yalnız bir neçə gün mövcud olmuşdur.The anniversary of the Hungarian troops invasion of Ukraine: how Carpathian Sich-men defended their native land (Річниця вторгнення угорських військ в Україну: як карпатські "січовики" боронили рідну землю) . Zakarpattia Online. 14 March 2020

Karpat Ukraynası müstəqil Ukrayna ideyasının ilk real təzahürü hesab olunur. Dövlət qısa müddət yaşasa da, Ukrayna milli azadlıq hərəkatının simvolu kimi Ukrayna tarixində mühüm yer tutur. Sovet dövründə bu hadisə uzun müddət susdurulmuş, yalnız 1991-ci ildə Ukraynanın müstəqilliyindən sonra ətraflı araşdırmalara başlanmışdır.Kárpátalja:https://www.arcanum.com/hu/online-kiadvanyok/Lexikonok-magyarorszag-a-masodik-vilaghaboruban-lexikon-a-zs-F062E/k-F0A98/karpatalja-F0AAC/ Hozzáférés: 2024.05.11

Tarixi 1919-cu ildə Paris Sülh Konfransının qərarı ilə Subkarpat Rusiyası Çexoslovakiyanın tərkibinə daxil edildi və bölgəyə muxtariyyət vəd olundu. Lakin bu muxtariyyət uzun müddət tətbiq olunmadı. A kivégzett, kárpátaljai lágerekben elhunyt magyar képviselők (1945-1949), dr. Dupka György, dr. Zubánics László, 2017, , 1938-ci ildə Münhen sazişindən sonra Çexoslovakiya federallaşmağa məcbur oldu və Subkarpat Rusiyasına da muxtariyyət verildi. Həmin vaxtdan etibarən bölgədə Ukrayna yönümlü milli hərəkat güclənməyə başladı. Dovhei, V. From Beskyds to Katyn. "View behind the scenes. Collection of articles". LvCSTEI. Lviv, 2006 1939-cu ilin martında Almaniyanın Çexoslovakiyanı işğal etməsi ilə ölkə tamamilə dağılır. Bu şəraitdə, 15 mart 1939-cu ildə Karpat Ukraynası müstəqil respublika kimi elan olunur. Yeni yaradılmış dövlətin prezidenti Avqustin Voloşin, baş naziri isə Yulian Revay idi. Karpat Ukraynasının müstəqilliyi uzun sürməmişdir. 16 mart 1939-cu ildə Macarıstan ordusu əraziyə hücum etmişdir.Sevastian Sabol at the Territory of Terror Museum Üç gün davam edən mübarizədən sonra Karpat Ukraynası işğal olunmuş və Macarıstan krallığına birləşdirilmişdir. Minlərlə ukraynalı döyüşçü həlak olmuş və ya əsir düşmüşdür. Avqustin Voloşin isə Rumıniyaya sığınmışdır.

Karpat Ukraynasının keçmiş əraziləri hal-hazırda Ukraynanın Zakarpatiya vilayətinə daxildir. Xust şəhərində Karpat Ukraynasına həsr olunmuş memorial abidələr və muzey fəaliyyət göstərir.

İstinadlar

Biblioqrafiya

Ganzer, C. (2001). "Die Karpato-Ukraine 1938/39: Spielball im internationalen Interessenkonflikt am Vorabend des Zweiten Weltkrieges." Hamburg. Die Ostreihe - Neue Folge.

Rosokha, S. (1949). Parliament of Carpatho-Ukraine. Ukrainian National Publishing.

Shandor, V. (1997). Carpatho-Ukraine in the Twentieth Century: A Political and Legal History. Cambridge: Harvard University Press. . Winch, M. (1939). Republic for a day: An eye-witness account of the Carpatho-Ukraine incident. London.

Xarici keçidlər Carpatho-Ukraine, Encyclopedia of Ukraine

Kateqoriya:Ukraynanın tarixi vilayətləri Kateqoriya:Ukraynanın siyasi tarixi Kateqoriya:Macarıstanın ərazi dəyişiklikləri Kateqoriya:Birpartiyalı sistem Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Tarixi respublikalar Kateqoriya:1938-ci ildə yaranmış dövlətlər və ərazilər