Aydın Eylas (Elyas) oğlu Qasımov () — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi (1997–2005), general-mayor (1998).
Həyatı Aydın Eylas oğlu Qasımov 11 sentyabr 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə Azərbaycan SSR Baş Meliorasiya və Su Tikinti İdarəsinin 10 saylı Tikinti İdarəsində fəhləliklə başlamış, 1974-cü ildən Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyi 35 saylı Yol-İstismar İdarəsində təmirçi, 1975-ci ildən İmişli Lokomotiv Deposunda qiymətləndirici, İmişli Kənd Təsərrüatı İdarəsində baş hüquqşünas, 1977-ci ildən isə həmin idarədə hüquq şöbəsinin müdiri işləmişdir.
Aydın Qasımov 1980-ci ildən fəaliyyətini daxili işlər orqanlarında davam etdirərək Zəngilan Rayon Daxili İşlər Şöbəsində cinayət-axtarış əməliyyatı müvəkkili, 1983-cü ildən Tərtər Rayon DİŞ-də baş əməliyyat müvəkkili işləmiş, 1986-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili olmuşdur. 1988-ci ildən Tərtər, 1991-ci ildən isə Bərdə rayon DİŞ rəisinin müavini vəzifəsində çalışmış, 1992-ci ildən Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, həmin idarənin rəis müavini, 1994-cü ildən isə Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin rəisi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 mart 1997-ci il tarixli Sərəncamı ilə Aydın Qasımov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Məhkəmə Qərarları İcrası Baş İdarəsinin (hazırkı Penitensiar xidmətin) rəisi vəzifəsinə təyin edilmişdir. 30 dekabr 1998-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
Aydın Qasımov bir sıra dövlət komissiyaları və işçi qruplarının üzvü olmuşdur: İslah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin təkmilləşdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin yanında komissiya (11 fevral 1999-cu ildən) Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Komitəsinin 23-cü sessiyasının işində Azərbaycan Respublikasının nümayəndə heyətinə (9 oktyabr 1999-cu ildən) Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Komitəsinin və Beynəlxalq Amnistiya Təşkilatının Azərbaycana dair hesabatı ilə əlaqədar yaradılmış işçi qrup (10 mart 2000-ci ildən) Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupu (17 sentyabr 2004-cü ildən 1 iyun 2005-ci ilədək) Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, habelə BMT-nin İşgəncələrə qarşı Komitəsinin 23-cü sessiyasının tövsiyələrinin tətbiqi ilə bağlı keçirdiyi tədbirlər barədə hesabatın hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrupu (4 iyul 2001-ci ildən) BMT-nin İşgəncələrə qarşı Komitəsinin 2003-cü il aprelin 28-dən mayın 17-dək Cenevrə şəhərində keçiriləcək növbəti sessiyasında Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci dövri hesabatına baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti (21 fevral 2003-cü ildən) İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya üzrə Azərbaycan Respublikasının ikinci dövri məruzəsinin baxılmasından sonra Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Komitəsi tərəfindən qəbul olunmuş yekun icmalında verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar yaradılmış işçi qrupu (27 sentyabr 2003-cü ildən).
O, 28 yanvar 2005-ci ildə vəzifəsindən azad edilmişdir.
Çoxcildli cəza-icra hüququ tarixi monoqrafiyasının müəllifidir.
Ailəlidir, 3 övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri