Linaria cannabina (Adi kətan quşu) — "Fringillidae" fəsiləsinə aid kiçik ölçülü, sərçəkimilər qrupuna daxil olan bir quş növü.

Taksonomiya

1758-ci ildə İsveçli təbiətşünas Karl Linney, adi kətan quşunu Systema Naturae əsərinin 10-cu nəşrində "Acanthis cannabina" binominal adı ilə təqdim etmişdir. Növ əvvəllər Carduelis cinsinə daxil edilsə də, 2012-ci ildə mitoxondrial və nüvə DNT ardıcıllıqlarının filogenetik təhlili nəticəsində "Linaria" cinsinə köçürülmüşdür. Bu cins, 1802-ci ildə alman təbiətşünası İohann Matteus Bexşteyn tərəfindən təqdim edilmişdir. Cinsin adı olan "Linaria", latıncada "kətan toxucusu" mənasını verir və "linum" (kətan) sözündən gəlir. Növün adı olan "cannabina" isə latıncada "kəndir" deməkdir. İngilis dilindəki adı da oxşar kökə malikdir və köhnə fransızca "linette" (kətan) sözündən yaranmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar