Rafiq Cəfər oğlu Əliyev — Azərbaycan kinooperatoru, prodüser.
Həyatı Rafiq Əliyev 1953-cü ildə Bakıda anadan olub. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib. 1980–1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb. Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır. Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur.
Filmoqrafiya Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) — operator assistenti Yolda adamlar (film, 1986) (sənədli film) — operator Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film) — quruluşçu operator Monoloq (film, 1987) (sənədli film) — operator Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987) (sənədli film) — operator "Neftçi"-87 (film, 1987) (sənədli film) — operator Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) (sənədli film) — operator Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film) — quruluşçu operator Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film) — quruluşçu operator İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989) (sənədli film) — operator Son tamaşa (film, 1989) (sənədli film) — operator Qəzəlxan (film, 1991) (tammetrajlı bədii film) — quruluşçu operator Qisas (film, 1991) (qısametrajlı bədii film) — quruluşçu operator "Lalə" qızlar ansamblı (film, 1991) (sənədli film) — operator İntihar (film, 1991) ("Mozalan" süjeti) — operator Şəbi-hicran (film, 1993) (sənədli film) — operator Hökm (film, 1994) (tammetrajlı bədii film) — quruluşçu operator Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quruluşçu operator Müstəqilliyin keşiyində (film, 1996) (sənədli film) — operator Güllələnmə təxirə salınır!... (film, 2002) (tammetrajlı bədii film) — quruluşçu operator İnsan (film, 2003) (sənədli film) — operator Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film) — quruluşçu operator Seçilən (film, 2008) (tammetrajlı bədii film) — icraçı prodüser İtirilmiş həqiqət (film, 2008) (tammetrajlı bədii film) — quruluşçu operator Qaydasız döyüş (teleserial, 2009) (serial) — quruluşçu operator; istehsalat rəisi Bulağıstan (film, 2009) (qısametrajlı bədii film) — istehsalat rəisi Sonuncu akkord (film, 2017) (sənədli film) — operator İki dünya arasında (film, 2017) (sənədli film) — operator Qarabağ: əsirlər və girovlar. Közərən xaç (film, 2017) (sənədli film) — operator Şuşanın dağları qara dumanlı (film, 2017) (sənədli film) — operator Orkestr və mən (film, 2017) (sənədli film) — operator Əfsanə (film, 2017) (bədii-sənədli film) — operator Qara dəlik (film, 2017) (qısametrajlı bədii film) — quruluşçu operator Əliaçıq xəsis (film, 2017) (bədii-sənədli film) — operator Cavabsız sual (film, 2017) (sənədli film) — operator Ölməz Murtuza (film, 2017) (bədii-sənədli film) — operator Həqiqət sorağında (film, 2017) (sənədli film) — operator
İstinadlar
Mənbə Kadrarxası: "Güllələnmə təxirə salınır"da tərəf müqabil olan aktyorlar Fuad Poladovla Məlik Dadaşov real həyatda küsülü idi…"
Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları