Zabbix — Açıq mənbəli (open-source) və geniş funksionallığa malik İT infrastrukturunun monitorinq həlli. Şəbəkə avadanlıqları, serverlər, tətbiqlər, verilənlər bazaları, bulud xidmətləri və müxtəlif İT resurslarının vəziyyətini izləmək üçün istifadə olunur. "Zabbix" real vaxt rejimində məlumat toplayır, qrafiklər və hesabatlar yaradır, həmçinin problem yarandıqda administratorlara xəbərdarlıq göndərir.
Tarix "Zabbix" 2001-ci ildə Latviya mənşəli proqramçı Aleksey Vladişev tərəfindən yaradılmışdır. Layihə açıq mənbə kodlu olaraq inkişaf etdirilmiş və qlobal İT cəmiyyətində böyük populyarlıq qazanmışdır. 2005-ci ildə ilk stabil versiya (1.0) buraxılmışdır və illər ərzində bir çox yeni xüsusiyyətlər əlavə olunmuşdur. Hal-hazırda "Zabbix", genişmiqyaslı monitorinq ehtiyaclarını qarşılayan qabaqcıl həllərdən biridir və bir çox böyük şirkətlər, o cümlədən banklar, telekommunikasiya şirkətləri və hökumət təşkilatları tərəfindən istifadə olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şəbəkə proqram təminatı Kateqoriya:İnternet Protokolu əsaslı şəbəkə proqram təminatı Kateqoriya:Kompüter şəbəkəsi təhlili Kateqoriya:Kompüter şəbəkəsi təhlili Kateqoriya:Şəbəkə idarəetməsi