Budanın mühasirəsi () — Müqəddəs Roma imperiyasının və onun müttəfiqlərinin Osmanlı imperiyasına qarşı təşkil etdiyi Böyük Türk müharibəsi (1683–1699) zamanı baş vermiş hərbi əməliyyat.

Tarixi Buda şəhəri 1541-ci ildə Osmanlı sultanı Süleyman Qanuni tərəfindən fəth edilmiş və bu tarixdən etibarən Macarıstanın böyük hissəsi Osmanlı İmperiyasının tərkibinə daxil olmuşdu. 1683-cü ildə II Vyana mühasirəsində Osmanlı ordusunun məğlubiyyətindən sonra Avropa dövlətləri Osmanlılara qarşı geniş koalisiya (Müqəddəs İttifaq) yaratdılar. Bu koalisiyaya Müqəddəs Roma imperiyası, Polşa–Litva Birliyi, Venesiya Respublikası və Rusiya imperiyası daxil idi.

1686-cı ilin yazında imperator I Leopoldun əmri ilə Macarıstanda böyük bir ordu toplanmışdı. Mühasirə ordusuna Lotarinqiyalı V Şarl və Bavariya seçicisi Maksimilian II Emmanuel rəhbərlik edirdi. Ordunun tərkibində Avstriya, Alman, Çex, Xorvat, İtalyan, Polşa və digər müttəfiq qüvvələrdən ibarət 65 minə yaxın əsgər vardı. Buda qalasında isə 7-10 min nəfərlik Osmanlı qarnizonu yerləşirdi. Qalanın müdafiəsinə təcrübəli Osmanlı sərkərdəsi Əbdürrəhman Paşa rəhbərlik edirdi.

Budanın mühasirəsi 1686-cı il 14 iyulda başlamışdır.Jewish Budapest: Memories, Rites, History, by Kinga Frojimovics, Géza Komoróczy, 1999, p.505 Mühasirə zamanı müttəfiq qüvvələr artilleriya atəşi ilə şəhərin divarlarını zəiflətməyə çalışmış, dəfələrlə hücumlar təşkil etmişdilər. Osmanlı müdafiəçiləri isə qəhrəmanlıqla müqavimət göstərmiş, sonda isə vəziyyət daha da ağırlaşmışdı.

Qalanın daxilində aclıq, xəstəlik və davamlı bombardman müdafiəçilərin dözümünü sarsıtmışdı. 2 sentyabr 1686-cı ildə müttəfiq qüvvələr ümumi hücuma keçərək Budanı ələ keçirmişdilər. Qala uğrunda döyüşlər zamanı Əbdürrəhman Paşa həlak olmuş, şəhərdəki əhali isə ya qətlə yetirilmiş, ya da əsir alınmışdı.

Budanın azad edilməsi Osmanlı imperiyasının Mərkəzi Avropadakı mövqelərinə ciddi zərbə vurdu.The Dutch Intersection: The Jews and the Netherlands in Modern History, by Yosef Kaplan, 2008, p.214Bu uğur Macarıstanın böyük bir hissəsinin Osmanlılardan geri alınmasına yol açdı və müharibənin sonrakı mərhələsində müttəfiqlərin üstünlüyünü təmin etdi. Hadisə həmçinin Avropada "Osmanlı təhlükəsi"nin azaldılması baxımından da əhəmiyyətli sayılır.

Yəhudi və müsəlmanların qırğını

Mühasirədən sonra şəhərə daxil olmuş Avstriya əsgərləri 3 minə yaxın türkü qətlə yetirmişdirlər. Qırğın təkcə türkləri hədəf almamış, şəhərin yəhudi əhalisi də qırğınlara məruz qalmışdır.Jewish Budapest: Memories, Rites, History, by Kinga Frojimovics, Géza Komoróczy, 1999, p.504-505 Osmanlı imperiyasında böyük dərəcədə dini azadlıqlara malik olan yəhudilər mühasirə zamanı türklərlə bərabər döyüşmüşdürlər və buna görə onlar türklərin müttəfiqləri hesab olunurdular.The Dutch Intersection: The Jews and the Netherlands in Modern History, by Yosef Kaplan, 2008, p.214 Şəhərin 1000 nəfərlik yəhudi əhalisinin yarısı qətlə yetirilmişdir.The Holocaust and the Book: Destruction and Preservation, by Jonathan Rose, 2008, p.268-270 Yüzlərlə yəhudi və 6000 müsəlman qul kimi satılması və ya fidyə qarşılığında azad edilməsi üçün əsir götürülmüşdür.Frommer's Budapest and the Best of Hungary, by Ryan James, 2010, p.174

Qalereya

İstinadlar

Ədəbiyyat Shaw, Stanford J. History of the Ottoman Empire and Modern Turkey. Cambridge University Press, 1976. Setton, Kenneth M. Venice, Austria, and the Turks in the Seventeenth Century. American Philosophical Society, 1991. Ágoston, Gábor. Guns for the Sultan: Military Power and the Weapons Industry in the Ottoman Empire. Cambridge University Press, 2005.

Kateqoriya:Budapeşt tarixi Kateqoriya:Mühasirələr Kateqoriya:Macarıstanın hərb tarixi Kateqoriya:Osmanlı imperiyasının mühasirələri Kateqoriya:Osmanlı–Müqəddəs İttifaq müharibələrinin döyüşləri Kateqoriya:Avropada etnik təmizləmə Kateqoriya:Osmanlı imperiyasının döyüşləri