Yevgeni Nikolayeviç Nişşuk (; ) — Ukrayna teatr və kino aktyoru, Ukraynanın xalq artisti (2015), Ukraynanın keçmiş Mədəniyyət naziri. O, 2014-cü ilin fevral ayından dekabr ayına qədər və yenidən 2016-cı ilin aprelindən 2019-cu ilin avqustuna qədər bu vəzifədə çalışmışdır.
Həyatı Yevgeni Nişşuk 29 dekabr 1972-ci ildə İvano-Frankovskda anadan olmuşdur. 1995-ci ildə İ. K. Karpenko-Karı adına Kiyev Teatr İnstitutunu (Ukraynanın xalq artisti Valentina Zimnyayanın rəhbərliyi ilə) bitirmişdir. Kiyev Akademik Teatr Sənəti Ustaxanasının "Sozvezdiye" teatrının aktyorudur.
Həyat yoldaşı Oksana Batko-Nişşuk, Franko adına Kiyev Teatrının aktrisası, Ukraynanın əməkdar artisti olmuşdur. 7 oktyabr 2016-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmiş, Baykovo qəbiristanlığında dəfn olunmuşdur. Oğlu Oleksa (1995-ci il təvəllüdlü), İ. K. Karpenko-Karı adına Teatr İnstitutunun kinotənqid fakültəsinin tələbəsi olmuşdur.
İctimai fəaliyyəti Yevgeni Nişşuk Ukraynanın ilk şəxsləri ilə birlikdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, Almaniya, Polşa və digər ölkələrdə keçirilən Ukrayna Mədəniyyət Günlərində ölkəsini təmsil etmişdir.
Narıncı inqilab zamanı Yevgeni Nişşuk "Meydanın səsi" adlandırılırmışdı. Buna səbəb o idi ki, Nişşuk Narıncı meydanın carçısı idi. 2013-cü ildə Avromeydan səhnəsində moderator olmuşdur, buraya onu Yuri Lutsenko dəvət etmişdi. Yevgeni Nişşukun sözlərinə görə, o, 2004-cü ildən 2013-cü ilə qədər 9 il ərzində mitinqlərdə iştirak etməmişdir. 2007-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində "Bizim Ukrayna — Xalq Özünümüdafiəsi" blokunda 205-ci yerdə olmuşdur.
Mədəniyyət naziri thumb|250px|left|Yevgeni Nişşuk Avromeydan səhnəsində aparıcı kimi. 2013-cü ilin dekabrı.
Avromeydanın qələbəsindən və prezident Viktor Yanukoviçin devrilməsindən sonra Yevgeni Nişşuk Arseni Yatsenyuk hökumətinə daxil olmuşdur. 27 fevral 2014-cü ildən 2 dekabr 2014-cü ilə qədər Ukrayna Mədəniyyət naziri vəzifəsini icra etmişdir.[ 757-VII від 22.02.2014 Проект Постанови про самоусунення Президента України від виконання конституційних повноважень ]
2 dekabr 2014-cü ildə Ukrayna Ali Radası Yatsenyukun ikinci hökumətini təsdiqləmişdir. Bu hökumətdə Yevgeni Nişşuk Mədəniyyət naziri vəzifəsindən azad edilmiş və onun yerinə Vyaçeslav Kirilenko təyin olunmuşdur. Bu vəzifədə olarkən Rusiyada Nişşuk Ukraynada bəzi rus filmlərinin, o cümlədən "Podubnı" və "Ağ qvardiya" nümayişinin qadağan edilməsi, Ukraynaya girişi qadağan edilmiş Rusiya incəsənət xadimlərinin "persona non grata" siyahısının tərtib edilməsi ilə tanınır.
14 aprel 2016-cı ildə Ukrayna Ali Radası Yatsenyukun ikinci hökumətini istefaya göndərmiş və Qroysman hökumətində Yevgeni Nişşuk yenidən Ukrayna Mədəniyyət naziri vəzifəsini tutmuşdur. 20 aprel 2016-cı ildə Yevgeni Nişşuk bəyan etmişdir ki, Mədəniyyət naziri təyin olmağına baxmayaraq, aktyorluq karyerasını dayandırmaq niyyətində deyil. Nişşukun fikrinə görə, teatrda çıxışlar onun nazir kimi işinə mane olmayacaq. 1 noyabr 2018-ci ildə Rusiyanın sanksiya siyahısına daxil edilmişdir.
Rəylər və tənqid Almaniya politoloqu Andreas Umland hesab edir ki, Nişşuk Ukrayna Üsyan Ordusunun döyüş şüarı və ukraynalı milliyyətçilərin "Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!" şüarını Avromeydandakı etiraz hərəkatının əsas devizinə çevirmişdir.Андреас Умланд Патриот ли Тягнибок? // LB.ua, 31.12.2013
22 noyabr 2016-cı ildə ICTV kanalının efirində Nişşuk Ukraynanın cənub-şərq bölgələrində yaşayan əhalinin böyük hissəsinin "gətirilmiş" olduğunu və "ukraynalılıq" genlərinin çatışmazlığı səbəbindən Ukrayna mədəniyyəti qəbul edə bilmədiyini bildirmişdi, lakin bir neçə gün sonra sözlərinə görə üzr istəmişdir.
Filmoqrafiyası 1993 — "Fuçjou reydində yük gözləyərkən Paqoda yaxınlığında" — epizod 1996 — "Sevgi adası" — Georginin dostu 2002 — "Qahirə ilə vidalaşma" — Vasili 2004 — "Dəmir yüzlük" — Zoryan 2005 — "Qardaşlıq" — Aleksandr, tsesareviç 2008 — "Keşiş Andrey" — gənc Stefan Pavlyuk 2008 — "Dünyanın ürəyi" (tamamlanmamış) 2009 — "Möcüzə " 2017 — "Çervonıy " 2018 — "Simon Petlyuranın gizli gündəliyi" — Vladimir Vinnçenko
Mükafatları 2005 — Ukraynanın əməkdar artisti 2013 — "Kiyev pektorali" mükafatı, "Ən yaxşı kişi roluna görə" nominasiyası, "Ürəkdəki gözəl vəhşi" ("Sozvezdiye" TİU; Aleksey Vertinski ilə birgə) 2015 — Ukraynanın xalq artisti 2017 — "İtaliya ulduzu" ordeni, komandor dərəcəsi 2019 — V dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
İstinadlar
Xarici keçidlər Сайт министерства культуры Украины
Kateqoriya:Ukrayna aktyorları