Cəlilov Rafiq Əsgər oğlu — Azərbaycanlı dövlət xadimi və iqtisadçı.

Həyatı Cəlilov Rafiq Əsgər oğlu 1963-cü il 13 yanvar tarixində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirmişdir.

Karyerası 1984–1989-cu illərdə Ukrayna Respublikasının "Krivorojstal" metallurgiya kombinatında nəzarət-təftiş brosunun rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildən Xəzər Dəniz Gəmiçilik İdarəsində, özəl sektorda, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.

Dövlət vəzifələri 14 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 10 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 13 may 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir. 14 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

İstinadlar

Kateqoriya:Cəlilabad Rayon İcra Hakimiyyətinin başçıları