I Robert (; ) — son Parma və Piaçensa hersoqu.
Həyatı 1848-ci ildə Florensiyada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu II Karlın varisi Burbon-Parmalı Karl, anası isə Berri hersoqu Karl Ferdinandın qızı Artualı Luizadır. Atasının 1849-cu ildə Parma taxt-tacına sahiblənməsiylə, hələ 1 yaşında ikən Parma taxt-tacının varisi oldu. Ancaq atasının sui-qəsd nəticəsində öldürülməsinin ardından hələ 6 yaşında ikən taxta çıxarıldı. Yaşının az olması səbəbilə anası naibə olaraq dövlət idarəsini əlinə aldı. Cəmi 5 il davam edən səltənəti, İtaliyanın birləşdirilməsi çərçivəsində sonlandı. Belə ki, Parma hersoqluğu rəsmi şəkildə ləğv edildi və yeni yaradılan Birləşmiş İtaliya dövlətinə ilhaq olundu.
Taxtını itirməsinə baxmayaraq, Robert və ailəsinin külli miqdarda şəxsi sərvəti vardı. Bu sərvətlə qalan həyatını müxtəlif Avropa saraylarını gəzərək yaşadı. 16 noyabr 1907-ci ildə Viareccoda vəfat etdi. Ölümündən 4 ay sonra, dul xanımı İnfanta Mariya Antoniya onun ilk evliliyindən doğulan 6 uşağını ciddi əqli problemləri olduğu üçün mirasdan məhrum etdi.
Ailəsi 5 aprel 1869-cu ildə Romada sürgündə ikən İki Siciliya kralı II Ferdinandın qızlarından Mariya Pia ilə evləndi. Cütlüyün bu nigahdan 12 övladı olsa da, bunlar üçü körpə ikən öldü. Digər dördü isə əqli xəstə idi. İlk xanımı 1882-ci ildə son övladının doğuşunda vəfat etdi.
Mariya Luiza, Bolqarıstan knyaginyası Ferdinand (1871) Luiza Mariya (1872-1943), əqli xəstə idi. Henri, Parma hersoqu Mariya İmmakolata (1874-1914), əqli xəstə idi. Jozef, Parma hersoqu Mariya Tereza (1876-1959), əqli xəstə idi. Mariya Pia (1877-1915), əqli xəstə idi. Beatrisa (1879-1946) Elyas, Parma hersoqu Mariya Anastasiya (1881) Avqusto (1882)
15 oktyabr 1884-cü ildə Portuqaliya kralı I Miquelin qızlarından İnfanta Mariya Antoniya ilə evləndi. Cütlüyün bu nigahdan da 12 övladı dünyaya gəldi.
Mariya Adelayd (1885-1959), Benedikt rahibəsi Sikstus (1886-1934) Xavier, Parma hersoqu Françeska (1890-1978), Benedikt rahibəsi Zita, Avstriya imperatriçası Feliks, Böyük Lüksemburq hersoqu Rene (1894-1962), şahzadə Mariya Antoniya (1895-1977), Benedikt rahibəsi İzabella (1898-1984) Luici (1899-1967), şahzadə Henretta (1903-1987) Qaytana (1905-1958), şahzadə
Qalereya
İstinadlar
Kateqoriya:Uşaqlıqda devrilmiş monarxlar Kateqoriya:İspaniya infantları