Riçard Milhaus Nikson (; ) — Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969–1974) və 36-cı vitse-prezidenti (1953–1961).

Siyasi karyerası 1953–1961-ci illərdə prezident Dvayt Eyzenhaverin kabinetində vitse-prezident vəzifəsini tutan Nikson, 1960-cı il seçkilərində prezidentliyə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. 1962-ci ildə Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizədliyini versə də, burada da məğlub olmuş və bundan sonra siyasətdən getdiyini açıqlamışdır. Lakin 1968-ci ildə Respublikaçılar partiyası onu prezidentliyə namizəd kimi irəli sürmüş və Nikson bu seçkidə qalib gələrək ABŞ-nin 37-ci prezidenti olmuşdur. 1972-ci il seçkilərində də qələbə qazanan Nikson, həm vitse-prezident, həm də prezident vəzifəsini iki dəfə tutmuş yeganə şəxsdir.

Onun hakimiyyət dövrü Çinlə əlaqələrin yaxşılaşdırılması, SSRİ ilə Strateji silahların məhdudlaşdırılması barədə müqavilənin imzalanması, Ay proqramının uğurla başa çatması və Vyetnam müharibəsinə son qoyulması ilə xarakterizə olunur.

Riçard Nikson istefa vermiş yeganə ABŞ prezidentidir. O, bu addımı Uotergeyt qalmaqalı ilə bağlı ona qarşı impiçment prosedurunun başlanması ilə əlaqədar atmışdır. 1972-ci ildə Niksonun seçki kampaniyası ilə əlaqəli şəxslər Vaşinqtondakı Demokrat Partiyasının Uotergeyt binasına casusluq məqsədilə sındırmışdır. Sonradan Niksonun bu əməliyyatı ört-basdır etməyə çalışdığı üzə çıxmış və Konqres ona qarşı impiçment prosedurasına başlamışdır. Nikson 9 avqust 1974-cü ildə istefa verərək prezidentliyi Cerald Forda təhvil vermişdir.Britannica, T. Editors of Encyclopaedia (2024). Watergate Scandal. Encyclopaedia Britannica. https://www.britannica.com/event/Watergate-Scandal

İstinadlar

Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1972) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1968) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1960) Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Riçard Nikson Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ-də antisemitizm Kateqoriya:Kvakerlər