Əbu Abdullah əl-Hüseyn ibn Əli ibn İbrahim əl-Bəsri əl-Kəğadi (; ) — Mötəzilənin kəlam alimlərindən biri, hüquqçu.

Bioqrafiyası Mənbələrdə onun doğum tarixinin hicri 289 (902), 293 (905) və 308-ci (920) illər olduğu qeyd olunmuşdur. Peyin böcəyi mənasını verən "Cuəl" ləqəbi ilə tanınsa da, mötəzilə və hənəfi mənbələrdə bu ləqəbdən bəhs olunmur.

Böyük ehtimalla, hicri 311-ci (923) ildən daimi təhlükə mənbəyi olan Qərməti təhlükəsindən qurtulmaq məqsədilə gənc yaşlarında Bəsrədən ayrılmışdır. Həmin dövrdə Əskəri-Mükrəm şəhərində yerləşən və Bəsrə mötəziləsinin nümayəndələri hesab olunan Əbu Haşim əl-Cübbəi və onun tələbəsi Əbu Əli ibn Xəllad əl-Bəsridən təhsil almışdır. Səyi və çalışqanlığı sayəsində onların səviyyəsini də aşmışdır. Ömrünün böyük bir hissəsini Bağdadda keçirmişdir. Uzun müddət məşhur hənəfi fəqih Əbu Həsən əl-Kərxinin dərslərində iştirak edərək hənəfi fiqhini öyrənmişdir.

Qazı Əbdülcəbbar, Natiq Bilhəq, Əhməd ibn Hüseyn Müəyyəd-Billah və Şeyx Müfid ondan elm öyrənmişdir.

Əsərləri Mənbələrdə Əbu Əbdullahın təxminən iyirmiyə yaxın əsərinin olduğu qeyd olunur, lakin bu əsərlərdən hansının dövrümüzə qədər gəlib çatdığı dəqiq müəyyən edilməmişdir. Onun kəlam elmi ilə bağlı olduğu anlaşılan bəzi əsərləri bunlardır:

Nəqzu Kəlamir-Ravəndi. İbn Ravəndinin maddənin əzəli olduğu görüşünü rədd etmək məqsədilə qələmə alınmışdır. Nəqzu Kitabir-Razi. Əbu Bəkr ər-Razinin, ilahi feillərin, bu feillərlə bağlı varlıqların və hadisələrin əzəli olması görüşünü rədd edən əl-Bəlxinin fikirlərinə, yenə ər-Razi tərəfindən verilmiş cavaba qarşı yazılmış bir tənqiddir. Əl-Kəlam fi ənnəllahə təalə ləm yəzəl məvcudən və lə şəyə sivahu ilə ən xələqəl-xəlq. Əvvəlki əsərin baxış bucağı istiqamətində qələmə alınmış olduğu ehtimal edilir. Nəqzül-Möcizə. Əbülhəsən Əşərinin "əl-Möcizə" adlı əsərinə qarşı yazılmış bir rəddiyədir.

Bu sahəyə aid digər əsərləri bunlardır:

Əl-Cəvab ən məsələtəyş-Şeyx Əbi Məhəmməd ər-Ramhürmüzi, Kitabul-İman, Kitabul-İqrar, Kitabul-Mərifə.

Mənbələrdə fiqhə dair aşağıdakı əsərləri də qeyd olunur:

Şərhu Müxtəsəri-Əbil-Həsən əl-Kərxi, Kitabul-Əşribə və təhlili nəbizət-təmr, Kitabu Təhrimil-mütə, Kitabu Cəvazis-salət bil-Farisiyyə.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər