Qatlama və ya bişi – Azərbaycan mətbəxinə məxsus, yağda bişirilən, kövrək və xırçıltılı şirin qoğal növüdür. Qazaxda qatlama, Lənkəranda isə bişi adı ilə tanınır.
Haqqında
Qatdama və ya bişi — bu təam adını xəmirin qat-qat yayılaraq hazırlanmasından alır. Hazırlanma üsulu və görünüşü ilə fərqlənən qatlama, Azərbaycan mətbəxində özünəməxsus yer tutur. Xəmir əvvəlcədən yoğrulur, dəfələrlə açılıb qatlanır və bol yağda qızardılır. Bişdikdən sonra üzərinə şəkər kirşanı səpilir və bu, ona həm dad, həm də cəlbedici görünüş verir.
Bişi əsasən bayram süfrələrində, toy və nişan mərasimlərində, Novruz bayramında, eləcə də qonaq qarşılamalarında hazırlanır.https://evdar.az/recipes/azərbaycan-mətbəxinin-milli-sirniyyati-kovrək-və-xirciltili-qatlama Bu şirniyyat Lənkəran və Qazax mətbəxinin ən qədim və sevilən nümunələrindən biri hesab olunur. Onun hazırlanması həm zaman, həm də xüsusi bacarıq tələb edir. Ənənəyə görə, bişi ailə böyüklərinin və bacarıqlı evdar qadınların əllərində bişirilir və nəsildən-nəslə ötürülən reseptlərlə qorunur.
Qazax bölgəsində bu şirniyyat "yağnan qo:rulufdu tuada" (Qazax ləhcəsində: yağda qızardılmış şirniyyat) kimi də tanınır.https://obastan.com/qatdama/565873 Bişi həm ləzzəti, həm də nostalji dəyəri ilə yadda qalır.
Bəzi ailələr bişinin içərisinə üyüdülmüş qoz, fındıq və ya darçın da əlavə edir, bu da şirniyyatın dadını daha da zənginləşdirir. Bəzən bişi üzərinə bal və ya şərbət də tökülür, bu isə onun daha şirin və nəmli olmasını təmin edir.
Bişi yalnız bir şirniyyat növü deyil, eyni zamanda Azərbaycan mətbəx irsini yaşadan və nəsilləri birləşdirən simvolik bir yeməkdir. O, evlərdə sevgi və zəhmətlə hazırlanır və süfrəyə birlik, paylaşma və ailə dəyərləri ilə birgə gətirilir.
İstinadlar
Kateqoriya:Şirniyyatlar Kateqoriya:Azərbaycan mətbəxi