Orxan Tahir oğlu Həsənov— Azərbaycan futbolçusu

Həyatı 18 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orxan Həsənov futbola ilk addımlarını 11 yaşında Xırdalan şəhərindəki Abşeron Uşaq Futbol Məktəbində məşqçi Vüqar Hüseynovun idarəçiliyi altında başlayıb.

Klub karyerası Peşəkar futbolçu karyerasına 2008-ci ildə Bakının "Neftçi" klubunda başlayıb. 2009-cu ildə "Karvan Yevlax" klubuna keçib. Daha sonra 2010/2011-ci illərdə Birinci Divizion klubu olan Abşeron FK-da bir mövsüm keçirib. 2011/2012-ci illərdə Sumqayıt klubunun rənglərini qoruyub.AZAL klubu heyətinə yeddi oyunçu cəlb edib

Kubok O, Azərbaycan Kubokunda 3 oyun keçirib, bunlardan 2-si "Abşeron", 1-i isə "Sumqayıt"ın heyətində.

Azərbaycan milli komandası

U-19 O, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 2009-cu il oktyabrın 9-da Ness Sionada keçirilən UEFA Avropa Çempionatı 2016 seçmə mərhələ UEFA Avropa çempionatının seçmə mərhələsində İsrail millisi ilə oyunda debüt edib. 0:3 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatan görüşdə Orxan Həsənov iki qola imza atıb, görüşün 20 və 84-cü dəqiqələrində fərqlənib.Israel U19 vs. Azerbaijan U19 0–3

U-21 O, Azərbaycan gənclər yığmasının heyətində ilk oyununu 2010-cu il sentyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa çempionatının seçmə mərhələsində Albaniyadan olan həmyaşıdlarına qarşı keçirib və meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib. Matçın 82-ci dəqiqəsində Orxan Həsənov ehtiyata daxil olub.Azerbaijan U21 vs. Albania U21 3–2

Milli komanda 2012-ci ildə Azərbaycan millisinin Bakıda keçirilən seleksiya toplanışına çağırılıb.

Nailiyyətlər 2011 – "Abşeron" FK tərkibində Birinci Divizionun qalibi.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları