Azərbaycan qadınl milli 3x3 basketbol komandası Azərbaycanı beynəlxalq 3x3 (3-ə qarşı 3) basketbol yarışlarında təmsil edən rəsmi komandadır.2024 team, FIBA.com, Retrieved 2 July 2024. Azərbaycan Basketbol Federasiyası tərəfindən idarə olunur. Komandanın baş məşqçisi Ratomir Deliçdir.

Beynəlxalq turnirlər Komanda bir sıra regional və beynəlxalq turnirlərdə iştirak etmişdir. 2014 və 2016-cı illərdə FIBA Avropa 3x3 Çempionatlarında iştirak etmiş, hər iki turnirdə 1/4 final mərhələsinə qədər yüksəlmiş, lakin bu mərhələdə mübarizəni dayandırmışdır.

Ən böyük uğurlarından biri İslam Həmrəyliyi Oyunlarında əldə olunmuşdur. Komanda 2017 və 2021-ci illərdə keçirilmiş yarışlarda qızıl medal qazanaraq böyük nailiyyətə imza atmışdır.

Tarixi bir uğur isə aprel 2024-cü ildə baş vermişdir. Komanda amerikalı-azərbaycanlı peşəkar basketbolçu Tiffany Hayesin ətrafında formalaşaraq Honq Konqda keçirilən Yay Olimpiya Oyunlarına təsnifat turnirinin qalibi olmuş və ilk dəfə olaraq Azərbaycan qadınlar 3x3 komandası Olimpiya Oyunlarına vəsiqə qazanmışdır.FIBA 3x3 Olympic Qualifying Tournament FIBA, 14 April 2024. Accessed 1 July 2024.

Yay Olimpiya Oyunları İlYerOyunçular 2020 TokioSeçilmədi 2024 Paris 7th725 Ulyanova, Hayes, Mollenhauer, ValkerCəm 1/2 7 2 5

Həmçinin bax Azərbaycan qadın milli basketbol komandası

İstinadlar

Xarici keçidlər Azerbaijan Basketball Federation (Official Website)

Kateqoriya:Azərbaycan milli idman komandaları Kateqoriya:Azərbaycanda qadın basketbolu