Tofiq Əliyev () — tamblinq (tramplin gimnastikası) üzrə yarışan Azərbaycan idmançısı, Azərbaycan milli komandasının üzvü. 2025-ci ildə Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanaraq idman tarixində ilk dəfə "tam-tam-tam" (ing. "full-full-full" və ya "triple full"), hər bir saltoda 360° tam burulma ilə üçlü geri dönmə elementini rəsmi şəkildə icra etmişdir.

Həyatı Tofiq Əliyev 29 noyabr 2004-cü ildə Bakı şəhərində dünyaya gəlmişdir.

Karyerası 2017-ci ildə tamblinq üzrə Azərbaycan çempionu olub. Həmin il Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə 4-cü, Stavropolda 2-ci, Krasnodarda isə 1-ci yeri tutub. 2017-ci ildə Ukrayna çempionatında tamblinq üzrə 1-ci yerə layiq görülüb.

2021-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən batut üzərində tullanma və tamblinq üzrə Avropa çempionatında komanda hesabında bürünc medal qazanıb.

2022-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilən yaş qrupları üzrə dünya yarışlarında 2-ci yeri tutub. Eyni ildə Birmingemdə keçirilən Böyük Britaniya çempionatında tamblinq üzrə 3-cü, Azərbaycan çempionatında 2-ci, Bakı çempionatında isə 3-cü yeri tutub. 2022-ci ilin martında Polşanın Krakov şəhərində keçirilən 9-cu beynəlxalq «Vavel» turnirində gümüş medal əldə edib. Həmin ilin iyununda Rimini şəhərində (İtaliya) keçirilən Avropa çempionatında komanda yarışlarında gümüş medal qazanıb.

2023-cü ildə Birmingemdə keçirilən Birləşmiş Krallıq tamblinq çempionatında qızıl medal qazanıb. ABŞ-ın Palm-Biç şəhərində keçirilən Dünya Kubokunda gümüş, Krakovda keçirilən «Vavel 2023» beynəlxalq turnirində isə yenidən gümüş medal qazanıb. 2023-cü ilin oktyabrında Fransanın paytaxtı Parisdə keçirilən «Tumbling French Cup 2023» turnirində komanda hesabında qızıl medal əldə edib.

2024-cü ilin aprelində Portuqaliyanın Gimaraynş şəhərində keçirilən Avropa çempionatında fərdi şəkildə gümüş, komanda yarışlarında isə qızıl medal əldə edib. 2024-cü il 7 dekabrda Danimarkanın Herninq şəhərində keçirilən «FaceOFF» yarışlarında qalib olub.

2025-ci il 10 avqustda Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında 30,500 xal toplayaraq gümüş medal qazanıb. Həmin yarışda Tofiq Əliyev idman tarixində ilk dəfə olaraq "tam-tam-tam" (ing. "full-full-full" və ya "triple full") – hər bir dövrədə tam 360° fırlanma olmaqla üçlü arxa salto elementini uğurla icra edib. Bu element bundan əvvəl heç bir gimnast tərəfindən rəsmi şəkildə yerinə yetirilməmişdi.

2026-cı ilin fevralında Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kubokunda Tofiq Əliyev gümüş mükafatçı oldu.

Mükafatlar Dünya çempionatıİlYerMedalNöv2023Birminhem (Birləşmiş Krallıq)Tamblinq KomandasıAvropa ÇempionatıİlYerMedalNöv2021Soçi (Rusiya)Tamblinq Komandası (gənc)2022Rimini (İtaliya)Tamblinq Komandası2024Gumaraynş (Portuqaliya)Tamblinq

İstinadlar

Xarici keçidlər Tofiq Əliyev Azərbaycan Gimnastika Federasiyasının saytında profili

Kateqoriya:Azərbaycanın batut gimnastları Kateqoriya:Bakıda doğulmuş idmançılar