Centrarchus macropterus — "Centrarchidae" fəsiləsinə aid olan şirin su şüaüzgəcli balıq növü.
Taksonomiya
"Centrarchus macropterus" ilk dəfə 1801-ci ildə fransız təbiətşünası Bernard Jermen de Laseped (1756–1825) tərəfindən "Labrus macropterus" kimi təsvir edilmişdir və tip yeri Cənubi Karolina kimi göstərilmişdir. 1829-cu ildə Jorj Küvye onu "Centrarchus" cinsinə daxil etdi. "Centrarchus" cinsi "Archoplites" cinsinin qardaş taksonudur və bu ikisi "Pomoxis" cinsinə qohumdur. Cins adı yunanca "tikan" mənasını verən "kentron" və "anal" mənasını verən "archos" sözlərinin birləşməsindən yaranıb və anal üzgəcdəki uzun tikanlara istinad edir. Növ adı olan "macropterus" da yunancadır və "uzun üzgəc" mənasını verir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər