Bəkir Dursun oğlu Mustafayev () — Sovet İttifaqı Qəhrəmanı.
Həyatı 11 fevral 1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub. 1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir. 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.
Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib.
10 dekabr 1978-ci ildə vəfat edib.
Təltifləri Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib.
Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Мустафаев Бекир Дурсунович
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları