12 günlük müharibə — 13 iyun 2025-ci il, səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu ilə başlayan və İranın əks-reaksiya verməsi ilə davam edən müharibə. Müharibənin aktiv fazası 24 iyun 2025-ci il tarixində atəşkəs razılaşması ilə bitmişdir.
İsrailin hücumu İsrail Müdafiə Qüvvələri və Mossad tərəfindən həyata keçirilən hücumlar nüvə obyektlərində, hərbi obyektlərdə və rəsmilərin iqamətgahında baş verib. İsrailin hücumu İran–İraq müharibəsindən sonra İrana edilən ən böyük hücum idi. Hərbi bazaların yaxınlığında və yüksəkrütbəli komandirlərin məskunlaşdığı məhəllələr də daxil olmaqla, Tehranda partlayışlar baş verib. Şahidlər kütləvi alovları və təkrarlanan partlayışları təsvir ediblər. Partlayışlar ölkənin ən mühüm nüvə obyektlərindən birinin yerləşdiyi İranın İsfahan vilayətinin Natanz şəhərində qeydə alınıb. Xondab və Xürrəmabaddakı nüvə obyektləri də hədəfə alınıb. Hücumlarda İran İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami həlak olub. Həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, nüvə alimləri Fereydun Abbasi və Məhəmməd Mehdi Tehrançi də öldürülüb.
Hücumlarda həm iranlı hərbçilər, həm də mülki iranlılar həlak olub. Zərər çəkmiş binalara nüvə obyektləri, hərbi obyektlər və yaşayış məntəqələri daxildir. Hücumdan əvvəlki aylarda İran və ABŞ yeni nüvə sazişi üzrə danışıqlar aparırdılar. İran hazırda uranı 60% saflığa qədər zənginləşdirir, silah səviyyəsinə yaxındır və daha təkmil sentrifuqalar quraşdıraraq nüvə inkişafını sürətləndirir. Təhlilçilər xəbərdarlıq edirlər ki, bu fəaliyyətlər hər hansı bir məqbul mülki məqsəddən qat-qat artıqdır. Hücumdan bir gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) 20 ildə ilk dəfə İranın nüvə öhdəliklərinə əməl etmədiyini müəyyən etdi. İran yeni zənginləşdirmə sahəsini işə salmaqla və qabaqcıl sentrifuqalar quraşdırmaqla cavab verdi.
İranın hücumu İyunun 13-də İsrailin hücumlarından sonra İran İsrailə qarşı "sərt cavab" verəcəyini bildirdi. Qeyd edildi ki, onlar Yaxın Şərqdəki hərbi bazalarda yerləşən İsrail və ABŞ qüvvələrinə hücum edəcəklər. ABŞ daha sonra İraqdakı bəzi əsgərlərini evakuasiya etdi və həmçinin ABŞ əsgərlərinin ailə üzvlərinin regionda təxliyəsinə icazə verdi. İsrail Müdafiə Qüvvələrinin briqada generalı Efi Defrinin sözlərinə görə, İran ilkin cavab olaraq səhər saatlarında İsrailə doğru 100-dən çox Şahid pilotsuz uçuş aparatı ilə hücum edib. PUA-ın bəziləri İordaniya hava məkanında İordaniya Hərbi Hava Qüvvələri tərəfindən, bəziləri isə Səudiyyə Ərəbistanı və Suriya üzərində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
Yerli vaxtla saat 21:00 radələrində İsrail vətəndaşlarına İranın növbəti hücumu barədə xəbərdarlıq edib. İranın dövlət xəbər agentliyi İRNA yüzlərlə raketin atıldığını bildirsə də, İsrail Müdafiə Qüvvələri hücum zamanı 100-dən az ballistik raketin buraxıldığını qeyd ediblər. İran əks-hücumunun kod adını "Əsl vəd 3" qoyub və bildirib ki, hərbi obyektlər və hava bazaları da daxil olmaqla onlarla hədəfə hücum edilib. Təl-Əvivdəki binalar da daxil olmaqla, İsrailin mərkəzinə bir neçə zərbənin endirildiyi bildirilir. İsrailin milli təcili tibbi yardım xidməti hücum zamanı ən azı 63 israillinin yaralandığını qeyd edib.
İyunun 14-də saat 01:00 radələrində İran onlarla raketdən ibarət növbəti hücuma başladı. Raketlərin əksəriyyəti vurulsa da, hücum zamanı biri yüngül olmaqla 7 nəfər yaralandı.
İtkilər
Əhəmiyyətli itkilər Adı Vəzifə Ölüm tarixi Rütbəsi Məhəmməd Baqiri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi 13 iyun General-mayor Hüseyn Səlami İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı 13 iyun General-mayor Qulaməli Rəşid "Hatəm-əl Ənbiya" Mərkəzi Qərargahının komandiri 13 iyun General-mayor Əli Şadmani "Hatəm-əl Ənbiya" Mərkəzi Qərargahının komandiri (Qulaməli Rəşidi əvəzləmişdi) 17 iyun General-mayor Əmir Əli Hacızadə SEPAH-ın Aerokosmik Qüvvələrinin baş komandanı 13 iyun Briqada generalı SEPAH-ın Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə bölməsinin komandiri 13 iyun Briqada generalı (2-ci dərəcəli) Baş Qərargahın Kəşfiyyat İdarəsi rəisinin müavini 13 iyun Briqada generalı Mehdi Rabani Baş Qərargahın Əməliyyat İdarəsi rəisinin müavini 13 iyun Briqada generalı Məhəmməd Kazımi SEPAH-ın kəşfiyyat təşkilatının komandiri 15 iyun Briqada generalı SEPAH-ın kəşfiyyat təşkilatı komandirinin müavini 15 iyun Briqada generalı Fereydun Abbasi Nüvə alimləri 13 iyun 13 iyun 13 iyun 14 iyun 13 iyun 14 iyun 13 iyun
Həmçinin bax
40 günlük müharibə
İstinadlar
Kateqoriya:2025-ci ildə beynəlxalq münasibətlər Kateqoriya:İran–İsrail vasitəçilik münaqişəsi Kateqoriya:2025-ci ildə İran Kateqoriya:Mossad əməliyyatları Kateqoriya:İrana edilmiş hava hücumları Kateqoriya:Yaxın Şərq böhranı (2023–hal-hazırda) Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu Kateqoriya:İran–İsrail hərbi münasibətləri Kateqoriya:2025-ci ildə hava zərbələri Kateqoriya:İranın hərbi əməliyyatları Kateqoriya:İsrail tərəfindən həyata keçirilən hava hücumları Kateqoriya:2025-ci ildə İsrail Kateqoriya:ABŞ-nin müharibələri Kateqoriya:2025-ci ildəki hadisələr Kateqoriya:Donald Tramp Kateqoriya:İranın müharibələri Kateqoriya:Benyamin Netanyahu