Savanna pişiyi () — 20-ci əsrin sonlarında "Afrika Serval pişiyi" (Leptailurus serval) ilə ev pişiyi (Felis catus) arasında cütləşmədən yaranan hibrid pişik növü.

Tarix Savanna pişiyi ilk dəfə 7 aprel 1986-cı ildə Jude Frank tərəfindən yetişdirilmişdir. Frank, Suzi Vuda məxsus olan erkək Serval pişiyini "Siamese" ev pişiyi ilə cütləşdirmiş və ilk Savanna pişiyi olan "Savannah" adlı dişi pişik dünyaya gəlmişdir. Bu ilk nəsil pişik daha sonra Türk Anqorası erkəyi ilə cütləşdirilərək 1989-cu ildə F2 nəsli pişiklər dünyaya gətirmişdir. 1996-cı ildə Patrik Kelli və Coys Sruf, Savanna pişiyi üçün ilk standartları hazırlamış və bunu "Beynəlxalq Pişik Assosiasiyasına" (TICA) təqdim etmişdir. 2001-ci ildə "TICA" tərəfindən rəsmi olaraq tanınan bu növ, 2012-ci il may ayında çempionat yarışlarına qatılmaq üçün uyğun hesab edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri