Soprano ailəsi () — Devid Çeysin yaratdığı Amerika Birləşmiş Ştatlarının kriminal-dramatik televiziya serialı. Ekran əsərinin mərkəzində Nyu-Cersi ştatının mütəşəkkil cinayətkar qruplaşmasının rəhbəri, təşviş pozuntusundan əziyyət çəkən Toni Soprano (Ceyms Qandolfini) dayanır. O, psixiatr Dr. Melfi (Lorreyn Brakko) ilə məsləhətləşmələrə başlamağa məcbur olur. Həkim onu şəxsi və kriminal həyatı arasındakı tarazlığın pozulması ilə bağlı yaşadığı çətinliklər barədə danışmağa sövq edir. Əsərin digər əhəmiyyətli personajları sırasına Toninin ailə üzvləri, cinayətkar aləmdəki əlaqələri və rəqibləri, xüsusilə həyat yoldaşı Karmela (Edi Falko) və himayədarı, əmisi oğlu Kristofer Moltisanti (Maykl İmperioli) daxildir.

1997-ci ildə istehsalına icazə verilən serial, 1999-cu il yanvarın 10-dan 2007-ci il iyunun 10-dək "HBO" televiziya kanalında altı mövsüm ərzində, ümumilikdə 86 bölüm olaraq nümayiş etdirilmişdir. Serial həm Amerika Birləşmiş Ştatlarında, həm də beynəlxalq miqyasda geniş yayım şəbəkəsi vasitəsilə təqdim edilmişdir. "Soprano ailəsi" serialı "HBO", "Chase Films" və "Brad Grey Television" şirkətlərinin birgə istehsalıdır. Çəkilişlər əsasən Nyu-Yorkda yerləşən "Silvercup Studios" pavilyonlarında, qismən isə Nyu-Cersi ştatının müxtəlif məkanlarında həyata keçirilmişdir.

İstinadlar

Kateqoriya:ABŞ teleserialları Kateqoriya:Pis qəhrəmanların yer aldığı əsərlər Kateqoriya:Filmə uyğunlaşdırılmış teleseriallar Kateqoriya:Dram teleserialları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış teleseriallar Kateqoriya:HBO orijinal proqramları Kateqoriya:HBO televiziya dramları Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları Kateqoriya:Disfunksional ailələr haqqında teleseriallar Kateqoriya:2000-ci illərin ABŞ LGBTQ əlaqəli dram teleserialları Kateqoriya:Nyu-York ştatında çəkilmiş teleseriallar Kateqoriya:Populyar mədəniyyətdə Roma-Katolik kilsəsi Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar