Pedro Bikalyo (, ) — Braziliyalı peşəkar futbolçu. Ağdamın Qarabağ klubunda Mərkəz yarımüdafiəçisi kimi çıxış edir.
Karyerası
İlk illər Braziliyada doğulan futbolçu bir müddət "Portugese" klubunun akademiyasında çıxış etdikdən sonra, 2020-ci ildə "Kruzeyro" klubuna qoşulur. Ancaq qısa müddət sonra klub oyunçu ilə müqaviləyə xitam verir və onun, "Kruzeyro" karyerası qısa müddətə bitir. 2020-ci ildə "Kruzeyro"nun əsas heyətində 6 oyuna meydana çıxaraq 1 qol vurur. "Kruzeyro"nun gənclər komandasının kapitanı olan futbolçu "Kruzeyro"dan ayrıdlıqdan sonra, "Atletiko Maneyro" və Braziliya yüksək Liqasında çıxış edən "Palmeyras", "Botafoqo", "Vasko Da Qama" , "Sport Resifi", "İnternasional" və "Korintians" klublarından təklif alır. Braziliya mediasında futbolçu ilə, həm də 2 ərəb klubunun maraqlandığı yazılır. Ancaq futbolçu "Palmeyras" klubu ilə razılıq əldə edir.
Palmeyras 2021-ci ildə futbolçu "Palmeyras" klubuna keçir. Burada ilk mövsümdə əsas komanda ilə 7 oyunda meydana çıxır. Futbolçu "Palmeyras"da əsasən klubun gənclər komandasında çıxış edir və klubun gənclər komandası ilə, Braziliya çempionu olur. Futbolçu həmçinin, klubun əsas komandası ilə Libertedoros kubokunu qazanır. 2022-ci ildə "Palmeyras"da 8 oyun keçirdikdən sonra, Portuqaliyanın "Santa Klara" klubuna icarəyə verilir.
2023-cü ildə Braziliyaya qayıdan futbolçu, 2023-cü ilin fevralında qısa müddətlik "Vitoriya" klubuna icarəyə verilir.
Alverka 2023-cü ilin yayında futbolçu Portuqaliyanın "Alverka" klubuna keçir. İlk mövsümdə burada 19 oyunda meydana çıxır. Növbəti mövsüm "Alverka" futbolçunun icarə müddətini uzadır və Pedro daha bir mövsüm "Alverka"nın şərəfini qoruyur. 2024/25 mövsümündə 36 dəfə meydana çıxır və 2 qol vurur.
13 iyun 2025-ci ildə Portuqaliya mətbuatında futbolçunun "Alverka"nı tərk edəcəyi barədə məlumat yayılır.
Qarabağ 2025-ci ilin yayında futbolçunun adı Ağdamın Qarabağ klubu ilə hallanmağa başlayır. 15 iyun 2025-ci ildə, Azərbaycan mətbuatında futbolçunun "Qarabağ" ilə razılaşdığı və müqavilə bağlamaq üçün Azərbaycana gedəcəyi barədə məlumatlar yayılır.
20 iyun 2025-ci ildə, "Qarabağ" futbolçunu "Alverka" klubundan transfer edir. Klub ilə braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb və, o, “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.
Karyera Statistikası
+KlubMövsümLiqaŞtat LiqasıKubokQitəToplamTurnirOyunQolOyunQolOyunQolOyunQolOyunQolKruzeyro2020B Seriyası0041200061Palmeyras2021A Seriyası30400000702022A Seriyası1010000020Toplam4050000090Santa Klara(icarə)2022–23Portuqaliya Premera Liqası50—400090Vitoria (icarə)2023B Seriyası0020000050Alverka2023–24Portuqaliya 3-cü Liqası170—20001902024–25Portuqaliya 2-ci Liqası3322000352Toplam502—4000542Qarabağ2024–25Azərbaycan Premyer LiqasıKaryerasında cəmi59211110000833
İstinadlar
Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Palmeyras FK futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular