Məhəmməd Kazimi ( ) — İranlı kəşfiyyat zabiti və İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı idi. O, 2022-ci ildən 2025-ci ildə İsrailin İrana zərbələri zamanı öldürüldüyü zamana qədər SEPAH-ın kəşfiyyat təşkilatının komandiri vəzifəsində işləmişdir.
Bioqrafiya
1961-ci il iyul ayının 11-də anadan olmuşdur.
Kazimi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyatın Müdafiəsi Təşkilatına — əks-kəşfiyyat agentliyinə rəhbərlik etmiş və ən azı 2013-cü ildən bu vəzifəni tutmuşdur.
2022-ci ilin iyun ayında o, Hüseyn Taibi əvəz edərək SEPAH-ın kəşfiyyat rəhbəri təyin edilmişdir. Hərbi rütbəsi — briqada generalı idi.
Spreading Justice adlı məlumat bazasının verdiyi məlumata görə, Kazimi kəşfiyyatın rəhbəri olaraq, müxtəlif millətlərdən, dinlərdən, cinsi oriyentasiyalardan, peşələrdən və siyasi baxışlardan olan İran vətəndaşlarına qarşı insan hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıyırdı.
2024-cü ilin oktyabr ayında Birləşmiş Krallıq tərəfindən digər İran hökumət rəsmilərinə də tətbiq edilmiş sanksiyalara məruz qalmışdır.
Ölümü
Kazimi və onun müavini Həsən Muhəqqəq 2025-ci il iyun ayının 15-də İsrailin İrana endirdiyi hava zərbələri zamanı öldürülmüşdürlər. Onun ölümünü İsrailin baş naziri Benyamin Netanyahu elan etmiş, daha sonra isə məlumatı İranın Tasnim informasiya agentliyi də təsdiqləmişdir. Bundan əvvəl İran mediası Kazimi və Muhəqqəqin SEPAH-ın Tehrandakı kəşfiyyat təşkilatının binasına endirilmiş aviazərbə nəticəsində dağıntılar altında qaldığını xəbər vermişdi.
İstinadlar
Kateqoriya:İslam İnqilabı Keşikçiləri korpusunun zabitləri Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları