Baum dili — Sino-Tibet dil ailəsinin Tibeto-Birma qrupuna daxil olan Kuki-Çin dilləri ailəsinə məxsus bir dil. Bu dil əsasən Banqladeş, Hindistan və Myanmada danışılır. Baum dili mədəni kimlik, dini fəaliyyətlər və şifahi ədəbiyyat sahəsində mühüm əhəmiyyətə malikdir.
Haqqında Baum dili tonlu dildir, yəni söz mənaları ton fərqləri ilə dəyişə bilər. Dilin qrammatikası aqqlutinativ quruluşa sahibdir, yəni kök sözlərə müxtəlif şəkilçilər əlavə olunmaqla mənalar genişləndirilir. Cins və hal kateqoriyaları yoxdur. Tonlar və nəfəsli səslər mühüm fonetik fərqləndiricilərdir. Baum dili üçün latın qrafikası əsasında yazı sistemi mövcuddur. Bu sistem ilk dəfə missionerlər tərəfindən yaradılmış və əsasən dini mətnlərin tərcüməsində istifadə olunmuşdur. UNESCO-nun dil canlılığı göstəricilərinə görə, Baum dili "inkişafda olan dil" kimi qiymətləndirilir. Lakin bu status Banqladeşdə daha sabitdir, Hindistan və Myanmada isə dil təhlükə altındadır. Rəsmi statusu yoxdur. Dövlət məktəblərində tədris olunmur. Bu dil əsasən ailə içi ünsiyyətdə və dini icmalarda daha fəal istifadə olunur Gənc nəsil arasında isə dilin istifadəsi azalmaqdadır.
Həmçinin bax Myanma dilləri
İstinadlar
Xarici keçidlər
"Bawm Chin" at Endangered Languages "Good News - Bawm" at GlobalRecordings.net The Tribes of Myanmar (Burma): Chin State