İsrailin nüvə silahına sahib olduğuna inanılır. İsrailin ehtiyatı 90–400 nüvə başlığı arasında olduğu və ölkənin nüvə üçlüyünə sahib olduğu güman edilir: F-15 və F-16 qırıcıları, Delfin kateqoriyalı sualtı qayıqlardan buraxılan və qanadlı raketlər seriyası, qitələrarası ballistik raketlər. Ölkənin ilk hazır edilə bilən nüvə silahının 1966-cı ilin sonu və ya 1967-ci ilin əvvəlində tamamlandığı güman edilir; bu, ölkəni dünyada nüvə silahlarını inkişaf etdirən altıncı ölkə edir.1968-ci ildə Mossad, Milandakı bir İtalyan kimya şirkəti boya almaq bəhanəsi ilə Belçikanın Union Minière du Haut Katanga mədən şirkətindən 200 ton uran aldı. Antverpendən göndərildikdən sonra uran dənizdəki bir İsrail yük gəmisinə köçürülübvə İsrailə çatdırılmışdır
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ərəb–İsrail münaqişəsi