thumb|Yeni doğulmuş körpədə yan fontanellalar Fontanella (lat. fonticuli) — yeni doğulmuş körpədə kəllə sümüyünün üstündə olan sümüklərin tam bərkiməmiş sahəsidir. Bu sahə membran skeletinin qalıqlarından ibarətdir və körpənin kəllə sümüklərini birləşdirir. Fontanella doğuş zamanı, eləcə də beynin sürətlənmiş böyüməsi üçün zəruri olan kranial tonozun deformasiyasına imkan verir.
Anatomiya Fontanella doğuş zamanı kranial tonozun sıxılmasına imkan verən və yeni doğulmuş körpənin doğum kanalından keçməsini asanlaşdıran membranoz skeletin qalıqlarıdır."USMLE Step 2: Secrets".editor1=Theodore X. O’Connell.editor2=Adam Brochert.book=USMLE Step 2: Secrets.ed=3rd.page=271 Kəllənin ossifikasiyası prosesində böyük fontanel adətən 12–18 aya qədər tamamilə bağlanır. Sfenoid və arxa fontanella doğumdan sonra bir neçə ay ərzində bağlanır. Fontanella bağlandıqdan sonra kəllə sümüyündə tikişlər əmələ gəlir.
Yeni doğulmuş körpənin kəllə sümüyü beş əsas sümükdən ibarətdir. Bunlar bir cüt ön sümük, bir cüt parietal sümük və bir oksipital sümükdür. Bu sümüklər bir-birlərinə sümüklərin hərəkət etməsinə imkan verən, doğuş və beyin böyüməsi proseslərini asanlaşdıran lifli tikişlərlə bağlanırlar. İnsanlarda ön (böyük) fontanella (fonticulus anterior), arxa (kiçik) fontanella (fonticulus posterior) isə sfenoid fontanella (fonticulus sphenoidalis) və məməli fontanella (fonticulus mastoideus) olmaqla iki növ yan fontanella vardır.
Arxa fontanella oksipital sümük ilə cüt parietal sümüklərin qovşağında yerləşir. Bu fontanella adətən doğumdan sonra bir-iki ay ərzində birləşdirici toxuma membranının ossifikasiyası prosesində bağlanır, yəni birləşdirici toxuma sümüyə çevrilir. Ən böyük, ön fontanella frontal və parietal sümüklərin qovşağında yerləşir. Yalnız iki yaşa qədər bağlanır, lakin bəzi xəstəliklərdə, məsələn, kleidokranial disostozda, fontanella gec bağlanır və ya heç bağlanmır. Yan fontanellalar başın 2 tərəfində yerləşir. Sfenoid fontanella bir qədər öndə (sfenoid, parietal, temporal və frontal sümüklər arasında), məmə fontanella isə bir qədər arxada (çabaq, parietal və oksipital sümüklər arasında) yerləşir.
Fontanellanın bağlanması
İnsanlarda İnsanlarda fontanellanın bağlanma ardıcıllığı aşağıdakı kimidir:
Posterior — doğumdan sonra 6 ay ərzində, Sfenoid — doğuşdan dərhal 1–2 ay sonra, Mastoid — doğuşdan dərhal sonra 1–2 ay, Anterior — iki il ərzində.
Digər primatlarda Meymunlarda anterior fontanella doğuşdan qısa müddət sonra bağlanır. Şimpanzelərdə isə ön fontanellanın tam bağlanması doğuşdan sonra üç ay ərzində baş verir.
İtlərdə Tipik olaraq, fontanella doğuşdan dərhal sonra bağlanır. Bununla belə, baytarların qarşılaşdıqları ən ciddi problemlərdən biri "açıq fontanelladır". Bu vəziyyət hidrosefaliyanın bir əlaməti olaraq qəbul edilir. Çünki artıq serebrospinal maye kəllə sümüklərinin düzgün birləşməsinə mane olur. Tez-tez belə itlərin kəlləsi uzun bir forma alır və fontanella aydın şəkildə hiss olunur.'Синельников, Рафаил Давидович|Синельников Р. Д., Синельников, Яков Рафаилович|Синельников Я. Р., Синельников А. Я.'' Атлас анатомии человека. Том 1: Учение о костях, соединении костей и мышцах / Изд. 7-е, перераб. В 4-х томах // М.: Новая волна, 2009. — 344 с. ISBN 978-5-7864-0199-9. С. 32, 66, 228–232, 234–237., соединены неподвижным соединением
Normal inkişaf Fontanellaların pulsasiya etməsi normal hal sayılır. Bu pulsasiyaya görə fontanella bəzi Avropa dillərində "fəvvarə" adlanır. Valideynlər uşağın fontanella vasitəsilə yaralana biləcəyindən narahat olsalar da, bu qorxu əsassızdır. Çünki birləşdirici toxuma yumşaq olmasına baxmayaraq, çox güclüdür. Beyin ultrasəs müayinəsinin fontanellanın tam bərkimədiyi dövrdə edilməsi daha məsləhətlidir. Belə ki, fontanella bağlandıqdan sonra kəllə sümükləri maneə törətdiyi üçün bunu etmək demək olar ki, mümkünsüzdür.
Patologiyalar
Qabarıq fontanella Çox bərk və ya qabarıq fontanella yüksək kəllədaxili təzyiqin əlamətidir və bu da öz növbəsində aşağıdakı xəstəliklərə işarə edir:
Ensefalit Hidrosefaliya Meningit
Batıq fontanella thumbnail|1 aylıq körpədə ön fontanella. Batıq fontanella qida və ya su çatışmazlığı nəticəsində yaranır.
Fontanellanın böyüməsi Fontanellanın böyüməsi və ya gec bağlanması aşağıdakı səbəblər nəticəsində baş verə bilər:
Daun sindromu Hidrosefaliya İntrauterin inkişafın ləngiməsi Erkən doğuş Axondroplaziya Apert sindromu Kleydokranial disostoz Anadangəlmə hipotiroidizm Qüsursuz Ostogenez Raxit
İstinadlar
Kateqoriya:Baş Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Neonatalogiya