Amerika Eskimo iti — Almaniya itlərindən törəmiş it cinsi. Bu irq, "Spitz" fəsiləsinin bir üzvüdür. İrqin əcdadları Alman spitzləri olsa da, Birinci Dünya Müharibəsi zamanı Almaniyaya qarşı olan mənfi münasibət səbəbilə onun adı "Amerika Eskimo İti" olaraq dəyişdirilmişdir.
Xüsusiyyətlər Amerika Eskimo İtləri adətən ağ rəngdə olur, lakin AKC tərəfindən ağ və biskvit rəngləri də qəbul edilir. Onların ikiqat xəzi var. Boyun və çiyinlərində qalın, düz tükləri var. Quyruğu qalın tüklüdür və belinin üstündə qıvrılır. Kiçik və orta ölçülü itlərdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:ABŞ-nin it cinsləri