Xiaomi Mi Band 2 — 2016-cı ildə Xiaomi tərəfindən istehsal olunan, ikinci nəsil geyilə bilən fəaliyyət izləyici cihazıdır. thumb|200px Sələfindən fərqli olaraq, Xiaomi Mi Band 2 OLED ekran və kapasitiv düymə ilə təchiz edilib.
2017-ci ilin sentyabrında Xiaomi Mi Band 2-nin "Mi Band — HRX Edition" adlı ultra ucuz versiyası buraxılmışdı.
Xüsusiyyətləri
Ümumi göstəriciləri Bluetooth versiyası: V4.0 BLE (Çin versiyası), V4.2 BLE (Beynəlxalq versiya) Suya davamlılıq reytinqi: IP67 Rəngi: Qara Uyğunluğu: Android 4.4 + / iOS 7.0 + Dil seçimi: İngilis / Çin / Çoxdilli Ümumi uzunluğu: 235 mm Tənzimlənən uzunluğu: 155–210 mm Ölçüsü (U x G x Y): 40,3 x 15,7×10,5 mm Çəkisi: 7,0 q
Batareya göstəricisi Batareya növü: Litium Polimer Akkumulyatorun tutumu: 70 mah Batareyanın ömrü: 10–30 gün Giriş cərəyanı: 45 mA (TYP), 65 mA (MAX) Giriş gərginliyi: DC 5V
Materialı Ön Ekran Materialı: Makrolon polikarbonat Korpus materialı: TPsiV Termoplastik kopoliester Bant materialı: Termoplastik elastomer Bant bağlama materialı: plastik
İstinadlar
Kateqoriya:Xiaomi Kateqoriya:2016-cı ildə tanıdılan məhsullar