thumb|Nipah virusu Nipah virusuICTV Taxonomy history: Nipah henipavirus на сайте ICTV. () beyin iltihabı (ensefalit) və ya tənəffüs yolu xəstəliklərinə səbəb olan bir virus növüdür. Nipah virusu Hendra virusu (Hendra henipavirus) ilə sıx əlaqəlidir. Bu virusların hər ikisi Paramyxoviridae ailəsinin Henipavirus cinsinə aiddir. Virusların daşıyıcıları meyvə yeyən qanadlı heyvanlardır (Pteropodidae).

Xəstəliyin yayılması Nipah virusu ilk dəfə 1999-cu ildə Malayziyada Nipah çayı yaxınlığında donuz fermerləri arasında yayılan xəstəliyin araşdırılması zamanı müəyyən edilmişdir. Bundan sonra, Cənubi Asiyada daha 12 epidemiya halı baş vermişdir.

2018-ci ildə Hindistanın Kerala əyalətində 17 nəfərin ölümünə səbəb olan Nipah virusunun yayıldığı qeyd edilmişdir. 2021-ci ilin sentyabrında eyni ştatda 12 yaşlı bir uşağın ölümü və 11 nəfərin infeksiya əlamətləri göstərməsinə səbəb olan epidemiya yayılmışdır. 16 sentyabr 2023-cü ildə Hindistanda yenidən virus epidemiyası başladı və 2 nəfər həlak oldu. 22 iyul 2024-cü ildə Keralada da 14 yaşlı oğlan uşağının ölümünə bu virus səbəb olmuşdur.В Индии обнаружили симптомы смертельного вируса Nipah у 11 человек на сайте https://www.interfax.ru/ 16 сентября 2023 года вновь вспыхнула вспышка вируса в Индии. Погибли 2 человека. 22 июля 2024 года в шт. Керала 14-летний подросток умер от данного вируса

Təbiətdəki daşıyıcıları thumb|157 × 146px|Boz başlı uçan tülkülər (Pteropus poliocephalus) Nipah virusunun təbiətdəki daşıyıcıları meyvə yeyən yekəqanad heyvanlar (Pteropodidae) ailəsinin nümayəndələri olan yekəqanad yarasalardır (Pteropus). Meyvə yeyən digər yekəqanadlar arasında isə xəstəlik müşahidə edilməmişdir. Henipavirusun coğrafi yayılmasının Pteropus meyvə yarasaları ilə üst-üstə düşdüyü düşünülür. Bu fərziyyə Avstraliya, Banqladeş, Hindistan, İndoneziya, Kamboca, Çin, Madaqaskar, Malayziya, Papua Yeni Qvineya, Tayland və Şərqi Timorda olan meyvə yarasalarında Henipavirus infeksiyasına dair əlamətlərlə sübut edilmişdir.

Bu yaxınlarda Eidolon cinsindən olan Afrika meyvə yeyən yarasalarında Nipah və Hendra viruslarına qarşı antikorların müsbət olduğu aşkar edilmişdir ki, bu da bu virusların Afrikadakı yarasalar arasında da yayıldığını göstərir.

Profilaktikası

Ev heyvanları arasında Nipah virusuna qarşı mübarizə tədbirləri Nipah virusuna qarşı heç bir peyvənd tədbiq olunmur. Donuz fermalarının müntəzəm təmizlənməsi və dezinfeksiya edilməsinin (natrium hipoxlorit və ya digər təmizləyici vasitələrdən istifadə etməklə) infeksiyanın qarşısının alınmasında təsirli olduğu düşünülür.

Epidemiyadan şübhələnildiyi hallarda, dərhal heyvanların saxlandığı yerlərə karantin tətbiq edilməlidir. İnsanlara yoluxma riskini azaltmaq üçün cəsədlərin basdırılması və ya yandırılması həyata keçirilməlidir. Kəsilmiş heyvan ətlərinin infeksiyaya yoluxmadığından əmil olunmalıdır. Heyvanların yoluxmuş təsərrüfatlardan başqa ərazilərə hərəkəti qadağan edilməlidir.

Ev heyvanları arasında Nipah virusu infeksiyasının yayılması halları insanların xəstələnməsi hallarından əvvəl baş verdiyindən, yeni xəstəlik hallarının aşkarlanması üçün heyvanların sağlamlığının epidemioloji nəzarət sisteminin yaradılması, baytarlıq xidmətləri və səhiyyə orqanları üçün erkən xəbərdarlıq təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.Jean-Philippe Belzilea, Thomas J. Starka, Gene W. Yeoa and Deborah H. Spector, Human Cytomegalovirus Infection of Human Embryonic Stem Cell-Derived Primitive Neural Stem Cells is Restricted at Several Steps but Leads to the Persistence of Viral DNA.

İnsanlar arasında yoluxma riskinin azaldılması Peyvəndin olmadığını nəzərə alaraq insanların yoluxma riskini azaltmağın yeganə yolu risk faktorları haqqında məlumatlılığı artırmaq və insanları virusa məruz qalmağı məhdudlaşdırmaq üçün atacaqları addımlar haqqında məlumatlandırmaqdır.

Bu xəstəlik barəsində sanitar məlumatlandırmanın məqsədləri aşağıdakılardan ibarətdir:

Meyvə yeyən yarasadan insana keçmə riskini azaldın. Yoluxmanın qarşısını almaq üçün ilk növbədə meyvə yeyən yarasaların xurma şirəsinə müdaxiləsi azaldılmalıdır. Təzə sıxılmış xurma şirəsi qaynadılmalı, meyvələr istehlakdan əvvəl yaxşıca yuyulub qabığı soyulmalıdır. İnsandan insana yoluxma riski azaldılmalıdır. Nipah virusuna yoluxmuş insanlarla yaxın fiziki təmasdan çəkinmək lazımdır. Xəstələrə qulluq edərkən əlcək və qoruyucu vasitələrdən istifadə edilməlidir. Xəstə insanlara qulluq etdikdən və ya onları ziyarət etdikdən sonra əllər mütəmadi olaraq yuyulmalıdır. Heyvandan insana yoluxma riskini azaldılmalıdır. Xəstə heyvanlar və ya onların toxumaları ilə işləyərkən və ya kəsim prosedurları zamanı əlcəklər və digər qoruyucu geyimlər geyinilməlidir.

Səhiyyə müəssisələrində infeksiyaya nəzarət

Şübhəli və ya təsdiqlənmiş Nipah virusu infeksiyası olan xəstələrə qulluq edən və ya onlarla işləyən tibb işçiləri standart infeksiyaya nəzarət tədbirlərindən istifadə etməlidirlər. Nipah virusu infeksiyası şübhəsi olan insanlardan və heyvanlardan nümunələrin alınması, müvafiq təchiz olunmuş laboratoriyalarda işləyən, təlim keçmiş işçilər tərəfindən həyata keçirilməlidir.

Virus infeksiyaların xronologiyası + Nipah virusu ilə bağlı baş vermiş halların statistikası İl Ölkə Ştat və ya rayon Yoluxma halları Ölüm halları Ölüm faizi 1998–1999 (sentyabr 1998 – may 1999) Malayziya Perak, Selangor və Neqeri-Sembilan ştatları 265 105 40 % 1999 Sinqapur Sinqapur 11 1 9 % 2001 Hindistan Siliguri rayonu, Qərbi Benqal 66 49 74 % 2001 Banqladeş Meherpur rayonu 13 9 69 % 2003 Banqladeş Naogaon rayonu 12 8 67 % 2004 Banqladeş Rajbari rayonu 29 22 76 % 2004 Banqladeş Faridpur rayonu 36 27 75 % 2005 Banqladeş Tangail rayonu 12 11 92 % 2007 Banqladeş Thakurgaon rayonu 7 3 43 % 2007 Banqladeş Kushtia rayonu 8 5 63 % 2007 Hindistan Nadia rayonu, Qərbi Benqal 5 5 100 % 2008 Banqladeş Manikganj rayonu 3 3 100 % 2008 Banqladeş Rajbari rayonu 8 3 38 %

İstinadlar

Keçidlər Вирус Нипах на who.int Вирус Нипах на epidemiolog.ru Вирус Нипах на www.news-medical.net Инновации в медицине: создана вакцина против вируса Нипах

Kateqoriya:Virus infeksiyaları Kateqoriya:Yoluxucu xəstəliklər Kateqoriya:Heyvan xəstəlikləri Kateqoriya:Zoonozlar Kateqoriya:Heyvan virusologiyası