Yusuf Rza Gilani (; ) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən).

Həyatı 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur.

1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur.

1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur.

1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur.

1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.

2001-ci ildə korrupsiyada ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

2006-cı ilin oktyabrında – Xaminə buraxılmışdır.

2008-ci il mart ayının 24-də – Pakistan İslam Respublikasının Baş Naziri vəzifəsinə seçilmişdir.

İstinadlar

Kateqoriya:Pakistan siyasətçiləri Kateqoriya:Kəraçili siyasətçilər Kateqoriya:"Respublika" ordeninin kavalerləri (Türkiyə) Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Pakistan baş nazirləri