Hüseynov Ayaz Məhəmməd oğlu — Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1 ci müavini.

HƏYATI

TƏHSİLİ 1989-cu ildə Xətai rayonundakı 260 saylı orta məktəbə daxil olub və 2000-ci ildə bitirib.

2000-2005-ci illərdə Xəzər Universitetində "Neft mühəndisliyi" ixtisası üzrə bakalavr təhsili alıb “Xəzər”in məzunu Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir .

2007-2010-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İstehsalın və əməliyyatların menecmenti” ixtisası üzrə MBA magistr təhsili alıb.

ƏMƏK FƏALİYYƏTİ Ayaz Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə “Dəmir-beton məmulatlar” zavodunda usta kimi başlayıb. Daha sonra mühəndis və digər vəzifələrdə çalışıb.

Son dövrdəki əsas fəaliyyəti isə Bakı şəhər İcra Hakimiyyətindəki işi ilə bağlıdır:

2018-ci ildən 2025-ci ilə kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

4 aprel 2025-ci ildə o, Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini təyin edilib. Bu təyinat onun İcra Hakimiyyətindəki təcrübəsi və rəhbərlik qabiliyyəti nəzərə alınaraq həyata keçirilib. Yeni vəzifəsində Ayaz Hüseynovun şəhərin inkişafına, sosial və iqtisadi layihələrin icrasına əhəmiyyətli töhfələr verəcəyi gözlənilir.

Ayaz Hüseynovun təhsili (neft mühəndisliyi, MBA) və əvvəlki iş təcrübəsi (sənaye, idarəetmə) onun şəhərin mürəkkəb problemlərinə kompleks yanaşma qabiliyyətinə malik olduğunu göstərir.

İSTİNADLAR

Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyəti Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Azərbaycanlı mühəndislər