Con Boulbi (; ) — britaniyalı psixiatr və psixoanalitik, bağlanma nəzəriyyəsinin (attachment theory) banilərindən biri. O, erkən uşaqlıq dövründə valideyn və uşaq arasında formalaşan emosional bağların insanın sosial və emosional inkişafında həlledici rol oynadığını irəli sürmüşdür. Boulbi uşaqların təhlükə və stres qarşısında əsas baxıcıya yaxınlıq axtarma davranışını bioloji əsaslı bir instinkt kimi izah etmişdir.

Onun araşdırmaları göstərmişdir ki, sağlam bağlanma münasibətləri uşağın özünəgüvəninin, münasibət qurma qabiliyyətinin və psixoloji sabitliyinin təməlini təşkil edir. Boulbinin işləri, xüsusilə Meri Eynsvort ilə birgə apardığı tədqiqatlar, müasir inkişaf psixologiyası, ailə psixologiyası və kliniki psixologiya sahələrinə mühüm təsir göstərmişdir. Onun əsas əsərlərindən biri olan Attachment and Loss trilogiyası bağlanmanın nəzəri əsaslarını və praktiki nəticələrini sistemli şəkildə izah edir.Van Dijken, S. (1998). John Bowlby: His Early Life: A Biographical Journey into the Roots of Attachment Theory. London: Free Association Books

Bioqrafiyası Con Boulbi 1907-ci ildə London şəhərində, varlı və aristokratik bir ailədə anadan olmuşdur. O, uşaqlığını böyük ölçüdə dayələr və qulluqçuların nəzarəti altında keçirmişdir. Bu erkən ayrılıq və münasibət boşluğu onun gələcəkdə emosional bağlanma mövzusuna olan marağını formalaşdırmışdır. O, əvvəlcə Kembric Universitetində psixologiya və fəlsəfə üzrə təhsil almış, sonra isə London Universitetində tibb təhsili alaraq psixiatr olmuşdur. 1930-cu illərdə London Psixoanaliz İnstitutunda təhsilini davam etdirən Boulbi, Ziqmund Freydin nəzəriyyələrini öyrənmiş, lakin sonradan psixoanalitik baxışlarla inkişaf psixologiyasını birləşdirərək öz fərqli yanaşmasını yaratmışdır.

Con Boulbinin elmi fəaliyyəti əsasən uşaqlarda erkən münasibətlərin psixoloji təsirləri üzərində qurulmuşdur. O, İkinci Dünya müharibəsi dövründə valideynlərindən ayrılan uşaqlarda müşahidə olunan emosional travmaları və davranış dəyişikliklərini tədqiq etmişdir. Bu müşahidələr əsasında o, "ana deprivasiyası" (ana sevgisinin olmaması və ya itirilməsi) nəzəriyyəsini irəli sürmüşdür.Kanter, J. (2007). John Bowlby, Interview with Dr. Milton Senn. Beyond the Couch: The Online Journal of the American Association for Psychoanalysis in Clinical Social Work, Issue 2. Retrieved from: http://www.beyondthecouch.org/1207/bowlby_int.htm

1950-ci illərdə ÜST üçün yazdığı "Ana qayğısı və uşağın ruhi sağlamlığı" adlı hesabatı dünya miqyasında böyük rezonans doğurmuş və uşaq psixologiyasında inqilabi dəyişikliklərə səbəb olmuşdur.Kanter, J. (2007). John Bowlby, Interview with Dr. Milton Senn. Beyond the Couch: The Online Journal of the American Association for Psychoanalysis in Clinical Social Work, Issue 2. Retrieved from: http://www.beyondthecouch.org/1207/bowlby_int.htm , page 02

Con Boulbi, bağlanma nəzəriyyəsində, uşağın əsas baxıcıya (adətən ana) qarşı inkişaf etdirdiyi emosional bağlılığın biologiyadan qaynaqlandığını və bu bağlılığın sağ qalma instinkti ilə əlaqəli olduğunu iddia etmişdir. Onun fikrincə, uşağın bu bağlılığı təhlükə və ya stres anında güclənir və uşağın müdafiə mexanizmi kimi çıxış edir.Bowlby, J. (1946). Forty-Four Juvenile Thieves: Their Character and Home-Life (2nd ed.). London: Bailliere, Tindall & Cox.

Onun ən məşhur əsərlərindən biri olan Attachment and Loss trilogiyası — Bağlanma, Ayrılıq və İtki adlı üç cildlik kitabdan ibarətdir. Bu əsərlərdə bağlanma prosesləri, valideynlərdən ayrılmanın psixoloji nəticələri və itki ilə bağlı psixoloji reaksiyalar təhlil olunur.Davies, Hillary A.; The Use of Psychoanalytic Concepts in Therapy with Families; London (2010); Karnac Books

Con Boulbi bağlanma nəzəriyyəsinin empirik əsaslarını gücləndirmək məqsədilə amerikalı psixoloq Meri Eynsvort ilə əməkdaşlıq etmişdir. Eynsvortun həyata keçirdiyi Yad şəxs testi () vasitəsilə müxtəlif bağlanma tipləri — etibarlı, narahat və laqeyd — müəyyən edilmişdir. Bu tədqiqatlar Boulbinin nəzəri modellərini təcrübi sübutlarla möhkəmləndirmişdir.Ainsworth, M. D, Blehar, M, Waters, E, & Wall, S. (1978). Patterns of Attachment: A Psychological Study of the Strange Situation. Hillsdale NJ: Lawrence Erlbaum Associates

Boulbinin nəzəriyyələri müasir təhsil psixologiyası, uşaq psixiatriyası, ailə terapiyası və sosial iş kimi sahələrə əhəmiyyətli təsir göstərmişdir. Onun işləri uşaqlarla işləyən mütəxəssislərə — müəllimlərə, psixoloqlara və valideynlərə — öyrənmə, davranış pozuntuları və emosional inkişafla bağlı dərin anlayışlar qazandırmışdır.

Con Boulbi 1990-cı ildə Londonda vəfat etmişdir. Onun elmi irsi bu gün də uşaq inkişafı və psixoloji tədqiqatlarda aktuallığını qorumaqdadır.

Nəşrləri

Həmçinin bax Bağlanma nəzəriyyəsi İnkişaf psixologiyası Psixoanaliz

İstinadlar

Xarici keçidlər John Bowlby: Attachment Theory Across Generations 4-minute clip from a documentary film used primarily in higher education John Bowlby – Rediscovering a systems scientist A research report by the International Society for the Systems Sciences authored by Gary Metcalf in 2010 The John Bowlby Centre for Psychotherapy Training