Pseudocydonia sinensis və ya Çin heyvası (Çin dilində: 木瓜; pinyin: mùguā) — Gülçiçəyikimilər (Rosaceae) fəsiləsinə aid olan, Cənubi və Şərqi Çində yayılmış yarpağını tökən və ya yarı-həmişəyaşıl ağac növü. Bu növ "Pseudocydonia" cinsində yer alan yeganə növdür. Ağacın sərt, büzüşdürücü meyvəsi ənənəvi Çin təbabətindəLim, T. K. "Pseudocydonia sinensis." Edible Medicinal And Non-Medicinal Plants. Springer Netherlands, 2012. 515-522. və Şərqi Asiyada qida kimi istifadə edilir.
Xüsusiyyətləri
Ağaclar 10–18 metr hündürlüyündə olur və sıx, budaqlı bir tac əmələ gətirir. Yarpaqlar növbə ilə düzülmüş, sadə, 6–12 sm uzunluğunda, 3–6 sm enindədir və kənarları dişlidir. Çiçəklər açıq çəhrayı rəngli beş ləçəkdən ibarət olub, diametri 2,5–4 sm-dir. Çiçəkləmə yazın ortalarında baş verir. Meyvə iri, ovalşəkilli və 12–17 sm uzunluğunda olmaqla beş karpeldən ibarətdir. Meyvə payızın sonlarında yetişdikdə güclü, şirin bir qoxu yayır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Çin ağacları Kateqoriya:Meyvə ağacları Kateqoriya:Şərqi Asiya florası