Emil Mirzoev (; ) — Ukrayna şahmatçısı, qrosmeyster (2019).
Həyatı Emil Mirzoev 15 avqust 1996-cı ildə Ukraynada anadan olub. Əslən Azərbaycandandır. Ona şahmata qarşı sevgini cüdo üzrə məşqçi olan atası aşılayıb.
2016-cı ildə şahmatın rapid növü üzrə kişilər arasında Ukrayna çempionatında gümüş medal qazanıb. 2021-ci ildə eyni nəticəni şahmatın blits növü üzrə kişilər arasında Ukrayna çempionatında təkrarlayıb.
İstinadlar
Xarici keçidlər Emil Mirzoev Chessbase.com saytında
Kateqoriya:Ukraynada doğulanlar Kateqoriya:Ukrayna şahmatçıları Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:Ukrayna azərbaycanlıları